"Bu görüşdə hər ikimiz vuruşduq. Amma sonda qələbəni mən qazandım".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Azərbaycan boksçusu Kollazo Sotomayor "Bakı-2015"də Dmitri Qalaqotu 3:0 hesabı ilə məğlub etdiyi 1/8 final qarşılaşmasından sonra deyib.
64 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, qələbəsində döyüşə daha yaxşı köklənməsi böyük rol oynayıb:
"Avropa Oyunlarında asan rəqib yoxdur. Çünki hamı bura hazırlıqlı gəlib. Mənim üçün bütün döyüşlər çətindir və bütün rəqiblərimə ciddi yanaşıram".
Sotomayor ilk raundda Qalaqotu nokdauna saldığı halda, davamını gətirə bilməməsini isə belə izah edib:
"Hər şey strategiyadan asılıdır. Görüşün gedişində qurduğun taktika rəqibin döyüş tərzindən asılı olaraq, dəyişir. Həm də rəqib zəif deyildi. Bu səbəbdən, noqdaunun davamını gətirə bilmədim".
Qeyd edək ki, Kollazo Sotomayor 1/4 finalda rumıniyalı Daniel Nikulesku ilə qarşılaşacaq.
Musanın yubiley qolu
İnyesta Mərakeş millisinə rəhbərlik edəcək?
İki Premyer Liqa klubunun hədəfinə düşdü
"Ayaks"ın yeni hücumçusu matçın 2-ci dəqiqəsində zədələndi
"Atletiko"dan gözlənilməz məğlubiyyət
Ramon Maçadonun qolu, "Araz-Naxçıvan"ın qələbəsi - Video
Baş məşqçidən sonra idman direktoru da klubdan ayrıldı
"Avrokuboklar uğrunda mübarizə aparacağıq" - Saşa İliç
Yığma Millətlər Liqası matçına azarkeşlərsiz çıxacaq
"Araz-Naxçıvan" "Sumqayıt"a, "Neftçi" "Kəpəz"ə qalib gəldi
Hakim kobud səhvə yol verdi, komitə sədri üzr istədi
Şahruddindən Nərimana: “Tez ol, get!” - Video
"Neftçi"nin 3 qollu qələbəsi - Video