“Bakı-2015” I Avropa Oyunlarında boks yarışları davam edir.
Qol.Az-ın məlumatına görə, bu gün 1/8 mərhələsinin daha 6 çəki dərəcəsində görüşlər keçirilib.
Yığmamızın iki boksçusu bu gün mübarizəyə qoşulub. Elvin Məmişzadə və Albert Səlimov 1/4 finala çıxmaq üçün yarışıb ki, hər ikisi işinin öhdəsindən layiqincə gəlib.
Qeyd edək ki, boksçularımızdan Tayfur Əliyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov artıq 1/4 finala vəsiqəni təmin edib.
52 kq
Millimizin üzvü Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi irlandiyalı Mayls Kesi olub. Hər üç raunddan qalib ayrılan (3:0) boksçumuz 1/4 finala yüksəlib. O, bu mərhələdə bolqarıstanlı Daniel Asenovla qarşılaşacaq. Döyüşün iyunun 22-də saat 19:30-da başlayacağı gözlənilir.
60 kq
Bu çəki dərəcəsində Albert Səlimov un bügünkü döyüçü maraqla gözlənilir. Çünki idmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. Hər üç raundda rəqibindən üstün olan Səlimov adını 1/4 finala yazdırıb. Təmsilçimiz yarımfinala gedən yolda Bolqarıstan idmançısı Elian Dmitrovla üz-üzə gələcək. Döyüşün startı iyunun iyunun 23-də, saat 14:00-da veriləcək.
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil