Ukraynalı futbolçu rəsmən "Qəbələ"də

Ukraynalı futbolçu rəsmən "Qəbələ"də
ÖLKƏ FUTBOLU 19 İyun 2015 / 18:14 7555
-  A +

2015/2016 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Ukrayna millisinin sabiq üzvü Aleksey Antonovla 2 illik müqavilə imzalayıb.

29 yaşlı hücumçu “Qəbələ” ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib. Ukraynalı legionerin son klubu Qazaxıstanın “Aktobe” komandası olub. O, 2014-cü ilin iyununda bu kluba keçib.

Bunadək isə vətənində, həmçinin Rusiyanın “Kuban” klubunda çıxış edən hücumçu “Dnepr” klubunun yetirməsidir. 2002-2004-cü illərdə bu klubun 2-ci komandasında forma geyən Antonov sonradan 3 il “Kuban”ın şərəfini qoruyub. Hücumçu Ukraynada “Metallist” (2007-2010), “Zarya” (2008-2009, icarə əsasında), “İliçevets” (2010-2011), “Dnepr” (2011-2013), “Krivbass” (2012-2013, icarə əsasında), “Çernomorets” (2013-2014) komandalarında oynayıb. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş Antonov əsas yığmada 2 matç keçirib.

Xatırladaq ki, "Qəbələ" daha öncə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub və Sergey Zenyovu heyətinə qatıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner