Bu gün "Bakı-2015" I Avropa Oyunlarında taekvondoçuların yarışında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, növbəti oyun günündə biri kişi, digəri qadın olmaqla daha iki taekvondoçumuz mübarizəyə qoşulub.
Kişilərin yarışında Radik İsayev 80 kq çəki dərəcəsində Avropa Oyunlarının qalibi olub. Qadınlardan isə Mariya Tedeyevailkin mərhələdə mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk üç yarış günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) isə bürünc medal qazanıb.
Kişilər
80 kq
Yığmamızın liderlərindən olan Radik İsayev ilkin mərhələdən azaddır. O, mübarizəyə 1/4 finaldan qoşulub. Burada hollandiyalı Jeron Vanruijuya 8:6 hesabı ilə qalib gələn dünya çempionumuz yarımfinala yüksəlib. İsayev finala gedən yolda sloveniyalı Konrad Traykoviçlə üz-üzə gəlib. Rəqibini 17:2 hesabı ilə məğlub edən taekvondoçumuz finala yüksəlib. Bununla da, o, ən azı gümüş medalı özü üçün təmin edib. İsayev qızıl medal uğrunda döyüşdə Vladislav Larinlə (Rusiya) qarşılaşıb. Bu görüşdə 4:3 hesabı ilə qalib gələn taekvondoçumuz 4:3 hesabı ilə qalib gələrək qızıl medalın sahibi olub
Qadınlar
67 kq
Qadınların yarışında ölkəmizi Mariya Tedeyeva təmsil edir. Millimizin medal ümidlərindən olan 21 yaşlı taekvondoçumuz ilkin mərhələdə 27 ukraynalı Marina Koniyeva ilə qarşılaşıb və 4:10 hesabı ilə uduzub. Əgər Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri