2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov və Vitali Vernidubu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb.
"Qəbələ" Estoniya milli komandasının futbolçusu Sergey Zenyovla 2 illik müqavilə imzalayıb. 26 yaşlı hücumçu "Qəbələ" ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib. Estoniyalı legionerin son klubu Rusiyanın “Torpedo” (Moskva) komandası olub.
"Qəbələ"yə keçidindən sonra Zenyov ilkin təəssüratlarını bölüşüb:
"Qəbələ"yə keçid karyeramda yeni səhifə, yeni hədəflər deməkdir. Yeni komandam Avropa Liqasında çıxış edəcək və Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparacaq. Hədəfləri olan komandada çıxış etmək hər futbolçunun arzusudur. Mən də "Qəbələ"yə keçdiyimə görə məmnunam. "Qəbələ" haqda qiyabi məlumatlara malikəm. İnternet vasitəsilə komandanı, klubun yerləşdiyi şəhəri, şəraiti və bazanı araşdırmışam. Heyətdə daha öncə rəqib kimi qarşılaşdığımız futbolçular var. Bu mənada Qayı, Vernidubu, Bezotosnını tanıyıram. Onların oyununa yaxşı bələdəm. Daha öncə "Karpatı"nın heyətində Avropa Liqasında çıxış etmişəm. Məqsədim təcrübəmdən istifadə edərək komandama həm Avropa Liqasında, həm də ölkə çempionatında kömək olmaqdır."
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar