Azərbaycan millisinin və "Karlsrue"nin yarımmüdafiəçisi Dmitri Nazarov klubun rəsmi saytına müsahibə verib. Qol.Az saytı müsahibəni təqdim edir:
- Bundesliqaya vəsiqə uğrunda "Hamburq"la keçirilən ilk pley-off oyunundan (1:1) sonra komandada əhval-ruhiyyə necədir?
- Səfərdəki heç-heçədən sonra yaxşı olmalıyıq. Ancaq qələbə şansını əldən verdiyimiz üçün bir qədər məyusuq. Oyundakı qol epizodlarına baxsaq, görərik ki, həmin matçda qələbə qazanmalı idik. Bununla belə, səfərdə qol vurmağımız bizim üçün üstünlükdür. İndi doğma meydanda vəzifəmizin öhdəsindən gəlməliyik. Əminəm ki, bu dueldən qalib ayrılacağıq.
- Epizodların birində özün də qol vurmağa yaxın oldun. Ancaq qapı dirəyi qola imkan vermədi...
- Hər kəs uzaq məsafədən zərbə endirməyə cəhd etmir. Lakim mən rəqib qapıçı Rene Adleri təəccübləndirmək istədim və zərbə vurmaq qərarına gəldim. Məncə, buna nail oldum. Amma qol olması üçün azacıq bəxtim gətirmədi. Ola bilər ki, cavab matçında qol vurum.
- Cavab matçında komanda əsas nəyə diqqət yetirəcək?
- Təkbətək mübarizələrdə daha aqressiv oynamalı, müdafiədə diqqətli olmalı, hücumlara inamla çıxmalıyıq. İlk oyunla müqayisədə daha yaxşı oynamalıyıq. Bizdə böyük potensial var.
- Azarkeşləriniz demək olar ki, eyforiyadadırlar. Şəhərdəki atmosferi necə dəyərləndirirsən?
- Təbii ki, bu yaxşı əlamətdir. Şəhərin hər tərəfində azarkeşlər bizi dəstəkləyir. Artıq cavab qarşılaşması üçün bütün biletlər də satılıb qurtarıb.
- Komandanın bəzi üzvləri kimi sən də bir neçə həftə öncədən Bundesliqaya vəsiqə qazanana qədər saqqalını qırxmamağa qərar vermisən. Artıq saqqaldan yaxa qurtaracağın üçün sevinirsən?
- Dörd həftədir ki, saqqalını qırxmıram. Lakin "Hamburq"la cavab matçından qalib ayrılsaq, saqqalımı qırxacağım üçün şad olacam.
- Bu oyundan sonra komanda yoldaşlarınla daha nə etməyi planlaşdırırsan?
- Dəqiq bilmirəm. İstirahət üçün vaxtım olmayacaq. Çünki iki beynəlxalq oyun üçün Azərbaycan millisinin düşərgəsinə yollanacam. Bizi Avstriyada Serbiya ilə yoldaşlıq, "Avro-2016"nın seçmə mərhələsində Norveçlə oyunlar gözləyir.
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu