Bakının «Neftçi» klubunun ukraynalı sabiq baş məşqçisi Anatoli Demyanenko Azərbaycanda işlədiyinə görə peşmançılıq çəkmədiyini söyləyib. Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, A.Demyanenko ölkəmizdə çalışdığı müddətdə böyük təcrübə topladığını və yaxşı məktəb keçdiyini söyləyib. «Baş məşqçi bütün mərhələləri keçməli və onları düzgün dəyərləndirməlidir» - deyən Demyanenko əlavə edib ki, Azərbaycana gəlməzdən əvvəl hara getdiyini yaxşı bilirdi.
Demyanenko xüsusilə Azərbaycan mətbuatı tərəfindən yaxşı qarşalandığını bildirib. «Biz yaxşı başladıq. Sonradan futbolçular da əmin oldular ki, məşqlərdə sonadək çalışmaq vacibdir».
Demyanenko İntertoto kuboku yarışından sonra komandada müəyyən çətinliklərin olacağı barədə «Neftçi» rəhbərliyini məlumatlandırdığını deyib: «Çünki biz az istirahət etmişdik, yayda təlim-məşq toplanışı keçməmişdik. Dediyim kimi də oldu. Amma «Neftçi» rəhbərliyi istəyirdi ki, komandanı Avropada tanıtsınlar. Mən onları yaxşı başa düşürəm».
Məşqçi Slovakiya «Nitra»sı və Belçika «Jerminal»ı üzərindəki qələbələrin müsbət reaksiya doğurdunu söyləyib: «Bərabər səviyyəli oyunda biz Rumıniya «Vaslu»suna yenildik. Hərçənd yaxşı təsir bağışlayırdıq. Çempionatın əvvəlində isə uğursuz çıxış etdik».
Demyanenko «Neftçi»yə gətirdiyi ukraynalı futbolçuların səviyyəsindən razı qaldığını söyləyib: «Müdafiəçi Olefir hucumçular üçün arzuolunmaz futbolçu və kollektiv üçün əla oğlandır. Oleq Qerasimyuk tezliklə azarkeşlərin sevimlisinə çevrildi».
«Nəyə görə özünüzlə köməkçi aparmadınız» - sualına cavabında Demyaneko deyib ki, «Neftçi»yə gedəndə Mixail Mixailova təklif verib: «Amma həmin vaxt o, Aleksey Mixayliçenkodan da təklif almışdı. Ona görə də mən vəziyyəti araşdırdım. Birincisi, orada onların özlərinin mütəxəssisləri var. İkincisi, mən insanların işlədiyi yerdən ayrılmasını istəmədim. Amma növbəti dəfə mən daha tək getməyəcəm».
Demyanenko «Neftçi»də heç kimlə münaqişə etmədiyini də söyləyib: «Deyirdim ki, baza, stadion lazımdır. Amma başımı divara döyəsi deyildim, ona görə də getdim».
Demyanenko məşqlərdə «Neftçi»nin futbolçularını çox yüklədiyini, amma buna görə narazılıq görmədiyini söyləyib: «Uşaqlar indiyədək zəng edib əhvalımı soruşurlar. Mən onlarla qısa müddətdə əlaqə qura bildim. Onlarlar çox söhbət edirdim, inandırırdım ki, yalnız yaxşı məşq prosesindən və əmək sərf etdikdən sonra uğur qazanmaq olar».
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki