"Biz çempionluğu istədik" – Əmrah Çəlikəl

"Biz çempionluğu istədik" – Əmrah Çəlikəl
ÖLKƏ FUTBOLU 17 May 2015 / 00:57 3561
-  A +

"Əziyyətlərimiz hədər getmədiyi üçün çox xoşbəxtik. Biz çempionluğu istedik və bunun üzərində işlədik. İndi kubokun finalında da qələbə qazanmalıyıq ki, çempionluğun təsadüf olmadığını sübut edək. Bunun üçün hələ çox iş görməliyik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Premyer Liqanın 34-cü turunda "Sumqayıt"a qalib gələrək çempionluqlarını rəsmiləşdirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Klub rəsmisi çempionluqda əməyi olan hər kəsə təşəkkürünü bildirib: "Çempionluğa görə başda Qurban Qurbanov olmaqla bütün komandanı təbrik edirəm. Bütün "Qarabağ" dəstəkləyənlərə də təşəkkürümü bildirirəm. Bu il yaşadığım həyəcanı ötən il yaşamamışdım. Bir gözümüz də Qəbələdə idi. Bilmirdim ki, həyəcandan hansı oyunu izləyim".

Qeyd edək ki, "Qarabağ"ın turnir cədvəlindəki ən yaxın izləyicisi "İnter" Premyer Liqanın 34-cü turunda səfərdə "Qəbələ" ilə 1:1 bərabərə qalıb. Ağdam təmsilçisi isə öz meydanında "Sumqayıt"a 1:0 qalib gəlməklə ardıcıl ikinci mövsümdə çempionluğunu rəsmiləşdirib.

Daha çox


Son xəbərlər