“Qarabağ” komandasına aidiyyatı olan hər kəsi çempionluq münasibəti ilə təbrik etmək istəyirəm. Son turlar bir qədər ağır, stressli alındı. Ümumiyyətlə, ağır mövsüm keçirdik. Çətin mübarizədən sonra çempion olduq".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələrək çempionluğu rəsmiləşdirdikləri matçdan sonra deyib.
O, futbolçularının layiqli mübarizə apardığını vurğulayıb:
"Düzdür, son iki oyunda enişin olduğu deyilirdi. Biz bunu normal qarşıladıq. Çünki səfərdə iki çətin rəqibə qarşı çıxış etdik. Bütün bu çətinliklərdən sonra çempion olduq. Mübarizə aparan, xarakter nümayiş etdirən oyunçularım nəticə üçün oynamağı bacardılar. Bizi “İnter” kimi rəqib izləyirdi. Həmin komanda bizi bir an rahat buraxmadı, nəfəs almağımıza imkan vermədi. “Qəbələ” – “İnter” oyununa baxarkan düşünürdüm ki, “İnter” son saniyələrdə də qol vurmağı bacaran komandadır".
Təcrübəli mütəxəsis bildirib ki, Azərbaycan kubokunun oyununa hazırlaşmaq çün vaxtları var:
"Bizi Azərbaycan kubokunun finalı gözləyir. Həmin matça qədər vaxtımız var. Belə bir şans futbolçunun, məşqçinin əlinə həmişə düşmür. Vəziyyətdən düzgün istifadə etməyi bacarmalıyıq".
Q.Qurbanov hazırda transfer məsələsi barədə danışmaq istəmədiyini də söyləyib:
"Transfer məsəli daima problemli mövzudur. İndiki məqamda bu barədə danışmaq istəmirəm. Bir qədər istirahət edək, daha sonra bu barədə ümumi danışarıq. Sadəcə, deyim ki, çempionluqda hər bir futbolçunun əməyi var. Cari çempionluq mənim üçün daha çətin oldu. Hesab edirəm ki, adı qoruyub-saxlamaq onu qazanmaqdan daha çətindir.
Q.Qurbanov onu da deyib ki, çempionluğu necə qeyd edəcəyimizi hələ müəyyənləşdirməyiblər:
"Yəqin ki, belə bir tədbir keçirib, sizi də bu mərasimə dəvət edəcəyik”.
İkardi "İnter"ə qayıdır?
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı