“Zirə” və “Kəpəz”ə lisenziya verilməsindən sonra daha bir klubun – “Turan Tovuz”un növbəti mövsümdən Premyer Liqada çıxış edəcəyi barədə xəbər yayılıb. Millət vəkili Qənirə Paşayevanın müvafiq şəxslərlə görüşərək “Turan Tovuz”un yüksək liqada çıxış etməsinə çalışdığı bildirilir.
Klubun vitse-prezidenti Namiq Məstanov Qol.Az-ın müxbiri ilə söhbətində yayılan xəbərə münasibət bildirib.
O, hələlik AFFA-dan onlara bir söz deyilmədiyini qeyd edib: “Qənirə xanım həmişə klubumuza qayğı göstərir. Ümumiyyətlə, rayonumuzun bütün problemləri ilə maraqlanır. “Turan Tovuz”u də həmişə diqqətdə saxlayır. Ola bilsin ki, yuxarı dairələrdə bu söhbətlər gedir. Ancaq dəqiq bir söz deyə bilmirəm. Çünki hələ AFFA-dan bizə heç nə deyilməyib”.
Klubun yeganə probleminin sponsor məsələsi olduğunu deyən N.Məstanov bu problemin həll olunacağı təqdirdə “Turan “Tovuz”un Premyer Liqaya qayıdacağını istisna etməyib: “Lisenziyalaşdırma ilə bağlı bütün sənədləri təqdim etmişik. Yalnız bank zəmanətimiz qalıb. Lisenziyalaşdırmanın bütün şərtlərini yerinə yetirə bilərik. Ancaq klubun əsas problemi maliyyə ilə bağlıdır. Bu problemlər həll olunsa, sponsor tapılsa, Premyer Liqada iştirak edə bilərik. Ancaq maliyyə dayağı olmasa, Premyer Liqaya çıxmağın da mənası yoxdur. Tovuz rayon İcra Hakimiyyəti kluba himayədarlıq edir. Ancaq Premyer Liqada klub saxlamaq İcra Hakimiyyətinin gücü daxilində deyil. Hazırda imkanlı şəxslərlə danışıqlar gedir. Bir nəticə olsa, yüksək liqaya qayıda bilərik".
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı