Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter"ə 2:0 hesabı ilə qalib gələn "Neftçi"nin hücumçusu Nikolas Kanales jurnalistlərin suallarını cavabladırıb.
Qol.Az-ın məlumatına görə, paytaxt derbisində dubl edən çilili futbolçu komandasının qələbəsi və Premyer Liqamızın səviyyəsi haqda danışıb.
- Kubok matçının ilk oyununda "İnter"ə 2:0 hesabı ilə qalib gəldiniz…
- Bizim üçün ağır oyun oldu. Çünki “İnter” hər zaman yaxşı oyun nümayiş etdirir. Son iki oyunda onlara məğlub olmuşduq. Amma bu dəfə yaxşı oyun sərgilədik və qələbə qazandıq.
- Son turlarda məhsuldarlığınla seçilirsən. Artıq əvvəlki formana qayıtdığını söyləmək olar?
- Son turlardakı oyunlar əvvəlkilərdən xeyli fərqlənir. Rəqiblərimiz də güclü təsir bağışlayır. İnanmıram ki, Premyer Liqanın bombardiri mövsümün sonuna qədər iyirmi qol vursun. Bununla belə, özümə inamım artıb və imkanlardan yararlanıb qollar vururam.
- İlk oyundakı qələbəyə baxmayaraq cavab qarşılaşmasında şansların eyni olduğnu söyləmək olar?
- Təbii ki, arxayınlaşmaq olmaz. Çünki “İnter” öz meydanında çox yaxşı təsir bağışlayır. Statistikaya baxsanız, bizim orada çox qol vura bilmədiyimizi görərsiniz. Cavab qarşılaşmasında fərqli sistemlə oynamaq lazımdır ki, qol buraxmayaq.
- Belə oyunla finalda da qələbə qazanacağınıza inanırsan?
- Məncə, belə oynasaq, qələbə qazana bilərik. Çoxdandır, belə yaxşı oyun sərgiləmirik.
- Necə düşünürsən, “Neftçi”yə gəldiyin 2012/2013 mövsümü ilə müqayisədə Premyer Liqanın səviyyəsi aşağı düşüb?
- Bəzi klublarda maliyyə problemləri var. Ona görə də, həmin komandalar artıq bizə rəqib ola bilmirlər. Bu da çempionatın səviyyəsinə mənfi təsir göstərir. Ancaq deməzdim ki, çempionatın səviyyəsi aşağı düşüb. Bəzi komandalar daha yaxşı oyun sərgiləyir. Məsələn, “Sumqayıt” haqda mənfi fikir söyləyə bilmərəm. Onlarla oyunumuz ağır keçir. Yəni hər bir komanda "Neftçi"yə qarşı güclü müqavimət göstərir.
Məftun Mahiroğlu
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev fərqləndi, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi