Milli komandamızın və “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqamızın növbəti turunda çempionluğa iddiasını davam etdirən “İnter”lə qarşılaşacaqsınız. Millimizin oyunundan sonra bu matça necə hazırlaşırsınız?
- Bəzi futbolçularımız hələ milli komandanın düşərgəsinə qoşulmazdan əvvəl komandamız “İnter”lə oyunun hazırlığına başlamışdı. İndi isə bütün fikrimizə bu oyuna yönəlib. Bizi ağır qarşılaşma gözləyir. Eyni zamanda maraqlı görüş olacaq. Çünki hər iki komanda sırf qələbəyə oynayacaq.
- İlk pillərdə qərarlaşan bu komandaların oyunun çempionluq yarışına nə dərəcədə təsiri olacaq?
- Xal fərqini daha da artırmaq şansımız var. Hazırda “İnter”dən doqquz xal öndə olsaq da, bizi ancaq qələbə qane edə bilər. Hər qələbə bizi çempionluğa bir addım da yaxınlaşdırır.
- “İnter” artıq beş ildir ki, “Qarabağ”a qalib gələ bilmir.
- Bu nəticələri qoyuruq bir qırağa. Təkcə qarşıdakı oyunu düşünürük. Bəli, uzun müddətdir ki, “İnter”ə uduzmuruq. Ancaq hər oyunun öz nəticəsi var. Qeyd etdiyiniz statistika işimi asanlaşdırmır. Əksinə rəqibi daha motivasiyalı edir. “İnter” bu sindromu qırmağa çalışacaq.
- “Qarabağ”ın doqquz futbolçusu milli komandalara cəlb olunmuşdu. Bu hal qarşıdakı oyuna təsir edə bilər?
- Düşünmürəm ki, bunun çətinliyi olacaq. Bərpa prosesi keçməyə vaxtımız oldu. Malta ilə oyunda zədə alan Namiq Ələsgərovdan başqa heyətdə heç bir zədəlimiz yoxdur. Hamı “İnter”lə oyuna hazır olacaq.
- Səncə, Malta üzərində qələbə millimizdə dönüş yarada biləcək?
- Uzun müddət idi ki, millimiz qalib gələ bilmirdi. Bu sarıdan bizdə sıxıntı var idi. Yəni doğma meydanda oynasaq da, rəqibimiz güclü komanda olmasa da, futbolçularımızda gərginlik var idi. Məncə, əlimizdən gələni etdik. Vacib qələbə qazandıq. Bu uğurlu nəticə növbəti matçımıza da yaxşı mənada təsir edəcək.
- Malta ilə oyunda qol imkanların az oldu. Səni topla yaxşı təmin etmirdilər?
- Mən çalışırdım ki, topu arxadan götürüb hücuma qoşulum. Komandamız həm dağıdıcı, həm də yaradıcı futbol oynadı. Baş məşqçimizin ilk rəsmi oyunudu idi. Prosineçki üst-üstə altı gün bizə məşq keçib. Bu müddət ərzində komandadan istədiyin oyunu ala bilməzsən. İstər-istəməz çətinlik olmalıdır. Getdikcə qeyd olunan çatışmazlıqlar da aradan qalxacaq.
- Artıq millimizin vitse-kapitanısan...
- Bəli, hələ Antalyada təlim-məşq toplanışında olanda Prosinekçi vitse-kapitanlığı mənə həvalə etmişdi. Rahid Əmirquliyev və mən bu funksiyanı yerinə yetirəcəyik. Təbii ki, bu da bir məsuliyyətdir.Çalışacam ki, etimadı doğruldum.
Ramiq AĞAMƏMMƏDOV
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?