"Maltanı udmağa nə var ki?"
AFFA Məşqçilər Komitəsinin üzvü, "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytının müxbiri ilə söhbətində millimizin "Avro-2016"nın seçmə mərhələsində Maltaya qalib gəldiyi oyun (2:0) haqda müzakirələr aparıb
- Yəqin ki, Malta üzərində qələbəni gözləyirdiniz.
- Mən əvvəlcədən demişdim ki, Maltanı udacağıq. Bunu bilməyə, yaxud da Maltanı udmağa nə var ki? Belə oyunlarla komandamızın gücünü bilmək olmaz. Qrupumuzda ən zəif komanda Maltadır. Bizim gücümüz digər rəqiblərlə oyunda bilinəcək.
- Yəni Malta ilə oyun bizi aldada bilər?
- Bəli, bu oyunu unutmaq lazımdır. Malta üzərində qələbə göstərici deyil.
- Bizə hazırda xal qazanmaq daha vacibdir, yoxsa keyfiyyətli oyun göstərmək?
- Aktivimizə üç xal yazdıq. Buna sevinməyə bilmərik. Baxımlı oyundan əlavə üç xal qazanmağımız da çox vacibdir. Nə edək ki, rəqibimiz Malta oldu? Yeni baş məşqçi ilə istənilən oyun prinsipial olur. İndi millimizdən baxımlı oyun görmək çətindir. Prosineçkiyə bir az zaman lazımdır ki, öz oyun fələsəfəsini komandaya yeritsin.
- Sizcə, onun oyun fəlsəfəsi hiss olunmaqdadır?
-Mən heç bir dəyişiklik görmədim. Sadəcə futbolçular başqa idi. Bu gün millimizin özəyini "Qarabağ"ın oyunçuları təşkil edir. Birdən-birə "Qarabağ"dan altı futbolçu milli komandanın start heyətində meydana çıxdı. Bu da insanı fikirləşməyə vadar edir.
- Nəyi fikirləşməyə vadar edir?
- Diqqətlə fikir versəniz, görərsiniz ki, "Qarabağ"ın oyun sistemi millimizə keçir. Yəni yığmamızda ritm, sürət görmədim. Millimiz əsasən "Qarabağ"ın futbolçularından təşkil olunduğu üçün bu komanda kimi oynayır.
- Prosineçkinin "Neftçi"dən heç bir futbolçuya dəvət göndərməməsi çox müzakirə olundu. Sizcə, hazırda "Neftçi"dən milliyə çağırılmağa layiq futbolçu var?
- "Neftçi"nin bir çox futbolçusu millidə oynamağa layiq idi. Bu komandada Mirhüseyn Seyidov, Araz Abdullayev, Elvin Yunuszadə, Aqil Məmmədov kimi oyunçular var. Niyə bunlar millidə oynamamalıdır? Hazır deyillər, yoxsa necə?
- Prosineçki deyir ki, hazır deyillər.
- Xeyr, mən belə düşünmürəm. Bunlar zamanla yetişən futbolçulardır. Millidə Mirhüseynə ehtiyac var. Çünki hazırda pleymeyker rolunu yerinə yetirəcək futbolçumuz yoxdur.
- Malta ilə oyun Norveçdən xal ala biləcəyimizə ümid verir?
- Mən bir az şübhəli yanaşıram. Norveç son oyunu acınacaqlı şəkildə uduzub. Rəqib çalışacaq ki, bütün "zəhər"ini millimizin üzərinə töksün. Əslində millimizin oyun sistemində elə də dəyişiklik yoxdur. Ancaq heyət həminki deyil. Mahir Şükürov ehyitatda qaldı. Vaqif Cavadovu da görmədik. Düzdür, Vüqar Nadirov özünü yaxşı tərəfdən göstərdi. Sona qədər əzmlə oynadı. Mən Prosineçkini də başa düşürəm. O, meydan üçün ac futbolçulardan istifadə etdi.
- Bəlkə, Malta kimi zəif komandaya qarşı gənclərə şans vermək daha dügün addımdır?
- Razıyam. Malta çox zəif komandadır. Bu mənada Prosineçkini anlamaq olar.
- Millimizdə hansı problemlərin olduğunu demək olar?
- Ön xətdə qol vuran futbolçumuz yoxdur. "Qarabağ"ın Reynaldosu, "Neftçi"nin Kanalesi kimi hücumçuya ehtiyacımız var. Əsasən bunun üzərində işləmək lazımdır. Hücumçu yetirşdirməliyik.
Ramiq AĞAMƏMMƏDOV
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi