Azərbaycanın əməkdar məşqçi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində millimizin “Avro-2016”nın seçmə mərhələsində Maltaya qalib gəldiyi oyun (2:0) haqda sualları cavablandırıb
- Yığmamız Robert Prosineçkinin rəhbərliyi altında keçirdiyi ilk rəsmi oyunda qalib gəldi. Görüş haqda təəssüratlarınız necədir?
- Qələbəyə görə hamımız sevinirik. Amma komandamızda problemlər var. Çatışmazlıqlardan biri odur ki, orta xətdə yaradıcılıq yoxdur. Dmitri Nazarov meydana çıxandan sonra oyunumuzda canlanma baş verdi. Sevindirici məqamlar da var. İlk növbədə onu qeyd etməliyəm ki, futbolçularımızda mehribanlıq artıb. Son illərdə bunu millidə görmək olmurdu. Mən işlədiyim dövrdə futbolçular çox mehriban idilər. Dünən də həmin istəyi gördüm. Məşqlərdə də çox həvəslə çalışırlar. Bu, vacib amildir.
- Prosineçkinin gəlişində sonra komandamızda hansı yeniliyi görürsünüz?
- Artıq futbolçularımız yerlə oynamağa çalışırlar. Düzdür, hələ ki, bu, bizdə tam alınmır. Ancaq Azərbaycan millisi məhz yerlə oyuna üstünlük verməlidir.
- Qələbə qazansaq da, dünən millimizdən baxımlı oyun görmədik. Razısınız?
- Baxımlı oyun ola da bilməzdi. Çünki məşqçimiz yenidir. Həm də yaddan çıxarmayın ki, komandanın beyni orta xətdir. Orta xətdə həm yaradıcı, həm də dağıdıcı futbolçular çıxış etməlidir. Bizdə isə ancaq dağıdıcı futbolçular var. Yaradıcı oyunu ilə seçilən futbolçular axtarmalıyıq. Dünənki oyunda hücumçumuz Vüqar Nadirov topsuz çox qaçdı. Hesablasaq, görərik ki, oyunda ən çox qaçanlardan biri Vüqardır. Ancaq ona ötürmə vermirdilər. Oyunumuzu inkişaf etdirməliyik. Belə oynasaq, bundan sonrakı bütün oyunlarımız ağır olacaq. Dünən rəqibin iki real qol imkanı oldu. Qapıçımızın qurtarışları olmasaydı, hesab tam fərqli ola bilərdi. Bu, yaxşı hal deyil.
- Millimizdə debüt edən futbolçular haqda nə deyə bilərsiniz?
- Eddi İsrafilovdan başlayaq. Bu futbolçunun oyununu az görmüşük. Onun haqqında çox söz danışırlar. Ancaq unutmaq olmaz ki, İsrafilov İspaniya La Liqasında oynayır. Ondan istifadə etmək lazımdır. Bizdə yaxşı oyunçular çoxluq təşkil etsələr, nəticələrimiz də ürəkaçan olar. Təəssüf ki, keyfiyyətli futbolçuların qıtlığı var. Namiq Ələsgərovdan çox şey gözləyirəm. Çox çalışır. “Qarabağ” topla oynayan, texnikalı komandadır. Ona görə də Namiq orada tez artıracaq. Namiq kimi futbolçulara orta xətdə yaxşı çıxış edən futbolçular lazımdır. Heç olmasa bir nəfərə yaradıcı futbolçumuz olmalıdır. Bu, olmasa, bizə çox çətin olacaq. Rusan Qurbanov haqda da xoş sözlər demək olar.
- Millimizdə yeni nəfəs hiss olunur?
- Əlbəttə, hiss olunur. İlk növbədə komanda ab-havanın düzəldiyini deməliyik. Birinci qoldan sonra qapıçımız Kamran Ağayev meydanın mərkəzinə qədər qaçıb sevincini komanda yoldaşları ilə bölüşdü. Belə olmaq lazımdır. Qolun həsrətində o qədər olmuşuq ki...
- Futbolçularımız yenə hər zamankı kimi ikinci hissədə yoruldular. Bu problemi necə aradan qaldırmaq olar?
- Bəli, mən də bunu özümdə qeyd etmişəm. Bu yorğunluğun səbəbi komandamız topsuz qalması idi. Həmişə fiziki cəhətdən problemlərimiz olub. Ancaq ağlımızın sayəsində bunu ört-basdır edə bilirdik. Topla olan zaman futbolçu yorulmur. Bizim millətin tam fərqli psixologiyası var. Top bizdə olanda həvəsli oluruq. Elə ki, topa sahib ola bilmirik, oynamaq da istəmirik. Biz rəqib hücumunun qarşısını almaq üçün müdafiədə otururuq. Ancaq belə olmalı deyil. Müdafiə olunsan belə, əks-hücumda rəqibi tutmalısan. Bunun üçün də fiziki cəhətdən güclü olmaq lazımdır. Təxminən 3-4 il bundan əvvəl “Barselona”nın oyununu analiz etdik. Gördük ki, bu komandanın futbolçuları meydançada çox qaçırlar. Ancaq gördüyünüz kimi, bu, hiss olunmur. Çünki onlar topla gözəl rəftar edirlər. İngiltərədə və Skandinaviya ölkələrində əvvəllər uzun ötürmələrlə, fiziki gücə hesablanmış oyun sərgiləyirdilər. Ancaq futbol inkişaf etdikcə onlar da məcbur oldular ki, yerlə oynasınlar. Fiziki durumu lazımi qaydada saxlamaq üçün toplu çalışmalar vacibdir.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər