"Avro-2016"nın seçmə mərhələsində öz meydanında Maltaya 2:0 hesabı ilə qalib gələn millimizin futbolçusu Qara Qarayev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Malta ilə oyunda çətin qələbə qazandıqlarını bildirib:
- Seçmə mərhələdə ilk qələbənizi qazandınız...
- "Seçmə mərhələnin 4 oyununda məğlub olmuşduq. Artıq bu görüşdə dönüş etmək istəyirdik. Buna nail olduğumuz üçün şadam. Bizə inanaraq stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm".
- Sanki qələbə çətin əldə olundu. Sən necə düşünürsən?
- Bəli, asan qələbə olmadı. Malta ilə oyunun çətin keçəcəyini bilirdik. Rəqib 5 müdafiəçi ilə oynayırdı. Bununla belə, qapımız ağzında təhlükəli vəziyyətlər yaratdılar. Ağır oyun olsa da, qalib gəlməyi bacardıq.
- İkinci hissənin sonlarında rəqib təzyiqi artırmışdı...
- Artıq 1:0 hesabı ilə öndə idik və risk etmək istəmirdik. Rəqib isə risk edərək irəli atıldı. Lakin sonda daha bir qol vuraraq qələbə qazandıq.
- Oyun ərzində geriyə ötürmələr çox olurdu. Bu, baş məşqçinin tapşırığı idi?
- Baş məşqçi bizə tapşırmışdı ki, çalışdığımız qədər topu özümüzdə saxlayaq. Rəqib futbolçular meydanın mərkəzində çoxluq təşkil edirdi. Belədə hər dəfə irəli oynamaq mümkün deyildi. Top bizdə qaldıqda rəqib daha çox qaçırdı. Belədə yaxşı hücumlar qurmaq imkanımız olurdu.
- Səncə, erkən qol vurmasaydınız, qələbə qazana biləcəkdiniz?
- Biz qələbə qazandıq. Artıq bunu düşünmək lazımdır. Qismətimizdə varsa, erkən olmasa da, son dəqiqələrdə qol vuraraq qalib gələcəkdik. Çünki qələbəni daha çox istəyən tərəf biz idik.
- Əvvəlki matçlarla müqayisədə, millimiz bu görüşdə daha rahat oynayırdı...
- Bu, baş məşqçimizin tapşırığı idi. O, bizə meydana çıxaraq sakit və rahat oynamağı tapşırdı. Biz də bunun nəticəsində inamlı qələbə qazandıq.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video