Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün İspaniya La Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın xəbərinə görə, bir vaxtlar futbolçu kimi adları çəkilən hər iki komandada çıxış etmiş Prosineçki goal.com saytına müsahibəsində qeyd edib ki, bugünkü qarşılaşma çempionluğun taleyini həll edə bilər.
“Mən bir çox “El-klassiko”da oynamışam. Hər iki komandanın formasını geyinmişəm. Əminliklə deyə bilərəm ki, bu, əsl derbidir. “Barselona” yaxşı formada olmasına baxmayaraq, uduza, ya da “Real” son vaxtlar xal itirsə də, bu matçda üç xal qazana bilər. Bir sözlə, bu cür derbidə nələrin baş verəcəyini proqnozlaşdırmaq olmur”.
Prosineçki bildirib ki, bugünkü derbi əvvəlikilərdən fərqlənəcək: “Turnir cədvəlində komandalar arasında cəmi bir xal fərq var. Ona görə də qeydə alınacaq nəticə çempionluğun taleyini həll edə bilər”.
Millimizin çalışdırıcısı Luis Enrikenin “Barselona”ya fərqli oyun üslubu gətirmədiyini söyləyib. Onun fikrincə, 2015-ci ilin əvvəlində Enrike ilə “Barsa”nın lideri Lionel Messi arasındakı gərginlik artıq yoxdur: “Barselona” eyni üslubda oynayır. Sadəcə, bir klubun bu qədər ulduz futbolçusunun olması böyük şansdır. Messi, Suares, Neymar, İnyesta bir hərəkətləri ilə oyunun taleyini həll etmək gücündə olan futbolçulardır”.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"