“Qəbələ”nin futbolçusu Ruslan Abışov Azərbaycan Premyer Liqasının 26-cı turunda "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb. Komandanın qələbə qolunun müəllifi R.Abışov oyun haqda fikirlərini bildirib. Millimizin futbolçusu "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Malta ilə matç barədə də danışıb.
- Əvvəlcə "İnter"lə oyun haqda fikirlərini bilmək istərdik...
- Bu oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. “İnter” evdə yaxşı oynayır. Onlar çempionluq uğrunda mübarizə aparırlar. Buna baxmayaraq, biz meydanda taktiki cəhətdən ağıllı oynadıq. Rəqibə heç bir şans vermədik. Layiq olduğumuz qələbəni qazandıq. Ani diqqətsizlikdən qapımızdan top buraxsaq da, bu, təsadüfi qol idi. Əsas olan qələbə idi. Bundan sonra AZAL-la oyunu düşünəcəyik.
- Sanki bu matçda “Qəbələ” doğma meydanda oynayırdı.
- “İnter”lə oyuna yaxşı köklənmişdik. Rəqibi yaxşı təhlil etmişdik. Əvvəlcədən bilirdik ki, “İnter” taktiki cəhətdən güclüdür. Rəqib müdafiəçilərinin oyuna sərbəst şəkildə başlamasına imkan vermək olmaz. Ona görə də bütün mövqelərdə onları düzgün şəkildə zərərsizləşdirə bildik. Düşünürəm ki, oyunumuz yaxşı alındı.
- Ardıcıl dördüncü qələbədən sonra deyə bilərikmi, komandanız artıq öz oyununu tapıb?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqiblərimizin xal itirməsi və ya onlardan xal almağımız bizə əlavə üstünlük verir. Qarşıda çətin oyunlarımız var. Sona kimi mübarizə aparmalıyıq ki, ən azı Avropa Liqasına vəsiqə qazanaq.
- Azərbaycan kubokunda mübarizə dayandırdınız. Avropa liqasına getmək nə dərəcədə realdır?
- Kubokda sadəcə bəxtimiz gətirmədi. Sonradan oyunu təhlil edən zaman görünürdü ki, “Simurq” mərhələ adlamağa o qədər də layiqli deyildi. Yenə də “Qarabağ”la oyunda onlara uğurlar arzulayıram. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik ki, ən azı üçüncü yeri tutaq.
- Çempionatda yaranacaq fasilə ardıcıl dörd qələbə qazanan “Qəbələ”də narahatlıq yaratmır?
- Əksinə, fikrimcə, fasilənin komandaya xeyiri olacaq. Çünki çempionat oyunları sıx qrafikdə keçirilir və futbolçularda yorğunluq hiss olunur. Gələcəkdə hər şey bizim üçün yaxşı olacaq. Çünki “Qəbələ”nin hər bir futbolçusunda buna inam var.
- Qarşıdan milli komandamızın Malta yığması ilə oyunu gəlir. Çox ehtimal ki, sən də heyətdə olacaqsan. Millimizin baş məşqçisi Robert Prosineçki söyləyib ki, bizi bu oyunda qələbədən başqa heç nə qane etmir.
- Bizim üstünlüyümüz doğma meydanda oynamağımızdır. Malta yığması da bizimlə qrupda son pillədə qərarlaşıb. Onlar da bu matçda xal almağa çalışacaq. Çətin oyun olacaq. Əlimizdən gələni edəcəyik ki, bu qarşılaşmadan qalib ayrılaq. Çünki limitimiz artıq bitib. Doğma meydanda qələbə qazanmaq vaxtıdır.
Ergün SEYİD
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video