“Qarabağ”ın hücumçusu Vüqar Nadirov bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakı”yla cavab görüşündən (4:1) sonra Qol.Az-ın suallarını cavablandırıb.
- Oyunun ilk hissəsində hesabda geridə olduğumuz vaxt toparlana bildik və hesabı bərabərləşdirdik. İkinci hissədə isə son ana kimi qələbə qazanmaq üçün mübarizə apardıq. Sevinirəm ki, istəyimizə nail olduq. Bu gün meydanda hər bir futbolçumuz gözəl oyun sərgilədi. Biz hər zaman komanda şəklində oynayırıq.
- İlk hissədən də hiss olunurdu ki, “Bakı” asan təslim olmaq istəmir.
- “Bakı” gənclərdən təşkil olunmuş komandadır. Bizə qarşı yaxşı mübarizə apardılar.
- Bu oyunda üç qol vurdun. Millinin Malta ilə oyununda baş məşqçi Robert Prosineçkinin səni əsas heyətə buraxacağını gözləyirsən?
- Mənim üçün əsas heyətdə meydana çıxıb-çıxmamağın fərqi yoxdur. Əsas odur komandama kömək edə bilim.
- Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əsas heyətin futbolçularının çoxuna istirahət vermişdi.
- “Qarabağ”da ikinci heyət anlayışı yoxdur. Bütün futbolçular komandanın bir parçasıdır. Ona görə kimin oynamasından asılı olmayaraq, bütün futbolçularımız əsas oyunçu sayılır.
- Səncə, “Qarabağ” həm çempion, həm də Azərbaycan kubokunun qalibi ola biləcək?
- Bu haqda indidən düşünmək hələ tezdir. Çalışırıq, belə fikirlərdən uzaq olaq. Hələ qarşıda çox oyun var. Premyer Liqanın növbəti turunda “Sumqayıt”la qarşılaşacağıq. “Sumqayıt” ciddi komandadır. Bu oyun da digərləri kimi önəmlidir və həmin matça da yaxşı hazırlaşacağıq. Çünki qazanılan hər bir xal bizim üçün vacibdir.
- Bugünkü görüşdə het-trik etsən də, komanda yoldaşlarının ötürmələri zamanı sanki narazılıq edirdin.
- Yox, heç bir problem yox idi. Ola bilər ki, bəzi epizodlarda ötürmələr zamanı top mənə çatmırdı deyə narazılıq olurdu. Amma meydanda nə oldusa, orada da qaldı.
- “Qarabağ”la müqavilənin bitmək üzrədir. Klubda qalmağı düşünürsən?
- Hələ müqaviləmin başa çatmasına var. Bu barədə düşünmək üçün vaxtım çoxdur.
Ergün SEYİD
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi