AZAL klubunun kapitanı Rəşad Abdullayev Qol.Az saytına müsahibəsində Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi" ilə qarşılaşdıqları görüşdən (0:0) danışıb və cavab matçı üçün şanslarını dəyərləndirib.
- Bu mövsüm "Neftçi" ilə dördüncü oyunumuza çıxdıq. Üç dəfə çempionatda qarşılaşmışıq. Səfər matçı olduğu üçün qapımızı toxunulmaz saxlayaraq qol vurmaq istəyirdik. Çünki belə oyunlarda səfər qolunun mərhələ adlamaqda böyük rolu olur. Açığı hücuma çox atılmadıq. Əsas müdafiəni düşünürdük. Bununla belə 3-4 real qol epizodu yaratdıq. Mərhələnin taleyi cavab matçına qaldı.
- Qolsuz heç-heçə sizin üçün necə nəticə oldu?
- Cavab görüşü final qarşılaşmasını xatırladacaq. Mərhələni keçməyimiz üçün qalib gəlməliyik. Doğma meydan amilindən yararlanmalıyıq. İlk oyunu unutmuşuq. Sanki həmin görüş olmayıb. Yalnız qələbə qazanmalıyıq. Avrokuboklara ən yaxın yol kubokdan keçir. Biz də bu şansı əldən vermək istəmirik. "Neftçi" güclü rəqib olsa da, qələbəyə ümidliyik.
- Cavab matçında hansı komandanın üstünlüyü olacaq?
- Şanslar bərabərdir. Çünki "Neftçi" ilə oyunlarda rəqibin də qələbələri olub, bizim də. Hər şey hazırlığımızdan asılıdır. Həm fiziki, həm də taktiki cəhətdən yaxşı hazırlaşmalıyıq. Rəqibimizin oyun sistemi bizdən bunu tələb edir.
- "Neftçi" futbolçuları hər zaman süni meydançadan gileylənir. "AZAL Arena"nın meydançasının süni örtüklü olması üstünlüyünüz sayıla bilər?
- Hər iki komanda peşəkar futbolçulardan təşkil olunub. Yarımfinala çıxmaq bir oyundan asılıdır. Doğma meydan amili bizim xeyrimizədi. Öz meydanımızda yaxşı oynayırıq. Düzdür, biz süni örtüklü meydançada daha yaxşı təsir bağışlayırıq. Dünən "Neftçi" ilə oyunda təbii öt örtüyündə oynadıq. Hiss olunurdu ki, komanda istədiyini edə bilmir. Bu mənada cavab matçının bizim üçün daha rahat olacağını deyə bilərik.
- Baş məşqçiniz Tərlan Əhmədov "Neftçi" ilə görüşdə sırf nəticəyə oynadığınızı dedi. Cavab matçında da ehtiyatlı oyuna üstünlük verəcəksiniz?
- Dünənki oyunda istədiyimiz nəticəni qazana bilmədik. Rəqib meydanında qol vursaq, cavab matçında işimiz bir qədər asan olardı. İstənilən məhsuldar heç-heçə "Neftçi"ni yarımfinala aparır. Oyuna elə motivasiya olmalıyəq ki, qapımızdan qol buraxmayaq. Bununla yanaşı qolsuz heç-heçəni də düşünmürük. Qələbə qazanmalıyıq. Çempionat oyunlarında da var gücümüzü ortaya qoyuruq. Bilirsiniz ki, dördüncü yeri tutmaq şansımız var. Hətta bürünc medalı da qazana bilərik. Ancaq real olaraq kuboku qazanmaq şansı daha çoxdur. Yəni daha asandır. Çünki "Neftçi" səddini keçsək, yarımfinala yüksələcəyik. Yarımfinalda isə hər şey özümüzdən asılı olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib