"Neftçi"nin müdafiəçisi Karlos Kardoso Azərbaycan kubokunun 1/4 finalının ilk oyununda AZAL-la bərabərə qaldıqları (0:0) görüşdən sonra Qol.Az saytının suallarını cavablandırıb.
- Azərbaycan kubokunun 1/4 finalının ilk matçında evdə AZAL-la bərabərə qaldınız. Oyun haqda fikirlərini öyrənək...
- Çox maraqlı matç oldu. Cütün taleyini bu qarşılaşmada həll edə bilərdik. Amma baş məşqçi bəzi futbolçulara istirahət verdiyi üçün meydanda bir-birini yaxşı tanımayan oyunçular çıxış edirdi. Hər iki komandanın cavab oyunu üçün şanslarını qoruduğu bir nəticə oldu. Düzdür, cavab matçında bizi ağır oyun gözləyir. Çünki süni meydanda oynamaq bir qədər çətindir. Hər şey səfər oyununda həll olunacaq. Sadəcə bir az səbr edib, gözləmək lazımdır.
- Cavab qarşılaşmasında istədiyiniz nəticəni əldə edə bilməsəniz, necə olacaq?
- Hələ ki, heç nə bitməyib. Ötən il “Rəvan”la da doğma meydanda heç-heçə etdik. Amma səfər qarşılaşmasında qələbə qazandıq. “Neftçi” AZAL-ı da səfərdə məğlub edə biləcək gücdədir. Yeganə problemimiz rəqibin süni meydançasıdır. Biz yenə də heç nəyə əhəmiyyət vermədən qələbə qazanmalıyıq.
- Oyundan öncə nəticə ilə bağlı müəyyən söz-söhbət yayılmışdı. Növbəti mərhələyə AZAL-ın keçəcəyi iddia olunur. Bu nə dərəcədə düzgündür?
- Bu barədə heç bir məlumatım yoxdur. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Bilsəm ki, danışılmış oyundur, heç meydana çıxmaram. İnanmıram ki, “Neftçi” belə bir yola əl atsın.
- AZAL-la oyunda baş məşqçinin əsas heyətin bəzi futbolçularına istirahət verməsi nədən irəli gəlirdi?
- Biz çempionatda iddialarımızdan əl çəkməmişik. Çempion olacağımıza inanırıq. Son tura kimi də mübarizə aparacağıq. Növbəti turda “İnter”lə bizi çətin oyun gözləyir. Bu matçda qalib gəlsək, turnir cədvəlində 2-ci pilləyə yüksələcəyik. Baş məşqçi də bu oyunu nəzərə alaraq bəzi futbolçulara istirahət vermişdi.
- Çempionluq şanslarınızın qalmasında “Qarabağ”ın Premyer Liqanın 24-cü turunda “Qəbələ”yə uduzmasının böyük rolu oldu...
- Təkcə, "Qarabağ"ın uduzmasına görə yox. Qarşıda hələ 10 tur var və bu da 30 xal deməkdir. Riyazi olaraq da çempion olmağımız mümkündür. Bizə qalan sadəcə mübarizə aparmaqdır. Bütün oyunlara peşəkar yanaşmaq lazımdır.
- Son vaxtlar aqressiv oyununla diqqət çəkirsən. Bu, nə ilə bağlıdır?
- Mən hər zaman aqressiv oynayıram. Bu futboldur və mənə belə futbol oynamağı öyrədiblər. Aqressivlik mənim oyun üslubumdur. Əgər AZAL-la görüşdə heç-heçə qeydə alınıbsa, deməli, mən və digər komanda yoldaşlarım yaxşı oynamışıq. Əsas odur ki, meydanı məğlub tərk etmədik.
Ergün SEYİD
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi