Premyer Liqamızın 24-cü turunda “Qəbələ” səfərdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldi. “Qəbələ”nin ukraynalı legioneri Ruslan Fomin Qol.Az saytına müsahibəsində komandasının Ağdam təmsilçisi ilə oyunu, qış fasiləsindən sonrakı uğursuzluğu və digər məsələlər haqda danışıb.
- Çempionluğa əsas namizəd “Qarabağ” üzərində qələbə qazandığınız matç barədə təəssüratların necədir?
- Çətin və məsuliyyətli oyun oldu. Uğursuzluq zolağından çıxmağımız üçün qələbə vacib idi. “Qarabağ”ı yaxşı təhlik etmişdik. Həm güclü, həm də zəif nöqtələrini bilirdik. Bunun da nəticədəsində qalib gəldik.
- Səncə, “Qarabağ”ın sizinlə görüşdə itirdiyi 3 xal sonradan çempionluq yolunda onlara problem yarada bilər?
- “Qarabağ”ı turnir cədvəlində qabaqlamaq çətin olacaq. Çox səviyyəli komandadır. Baş məşqçiləri də uzun illərdir komandanın sükanı arxasındadır. Buna görə də “Qarabağ” artıq oturuşmuş klubdur. Avropa Liqasında gözəl oyunlarından göründüyü kimi özünəməxsus futbol oynayır. Biz də qarşıdakı oyunlarda qələbə qazanıb avrokuboklara getmək istəyirik.
- Son iki turda qələbə qazandağınızı nəzərə alsaq, “Qəbələ”nin tədricən öz oyununu tapdığını deyə bilərik?
- Ardıcıl iki turda qalib gəlmək komandaya psixoloji yaxşı təsir etdi. “Qarabağ”la oyunda 3 xal bizə vacib idi. Son iki qələbə bizə növbəti oyunlara yaxşı köklənməyinizə kömək edəcək. Bizdə artıq hər şeyin qaydasına düşdüyünü söyləmək olar. Növbəti turlarda da meydana qələbə üçün çıxacağıq.
- Bəs, üçüncü dövrənin ilk turlarındakı uğursuzluğun səbəbini nədə görürsən?
- Qış fasiləsindən öncə “Qəbələ”də dəyişikliklər baş verdi. Baş məşqçi və bir çox futbolçu yenidir. Komandada ab-hava da əvvəlkinə nisbətən dəyişmişdi. Vaxt az olduğundan Antalya toplanışı zamanı komandanı tam hazır etmək mümkün olmadı. Bir çox futbolçu yeni baş məşqçinin taktikasına və futbol mentalitetine uyğunlaşa bilmirdilər.
- Roman Qriqorçukla uzun müddət çalışmış fubolçu kimi onun haqqında nə deyə bilərsən?
- Roman Qriqorçukun futbol fəlsəfəsi yalnız qələbə üzərində qurulub. O, məğlubiyyəti sevmir. Daim öz üzərində işləyən baş məşqçidir. O, ancaq çempionluq haqda düşünür.
- Bəs, çempionluq nə dərəcədə realdır?
- Turnir cədvəlindəki hazırkı mövqeyimizə baxsaq, şansımız yoxdur. “Qarabağ” böyük ehtimalla çempion olacaq. Biz də çalışacağıq ki, heç olmasa Avropa Liqasına düşmək uğrunda mübarizə aparaq.
- Sonda. Azərbaycan və Ukrayna futbolu arasında nə kimi fərqliliklər var?
- Taktiki cəhətdən futbol mentalitetimiz demək olar ki, eynidir. Amma Ukraynada futbol daha sərtdir. Top uğrunda daha kəskin mübarizə gedir. Azərbaycan futbolu isə daha çox fərdidir. Demək olar ki, bütün klublar bu sistemlə oynayır.
Ergün SEYİD
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi