Azərbaycanın əməkdar məşqçisi, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
- Millimiz Robert Prosineçkinin rəhbərliyi altında ilk oyununa çıxdı. Komandamızın “Şaxtyor”a uduzduğu (1:2) qarşılaşma haqda fikirlərinizi bilmək istərdik.
- Bir oyunla millimizə qiymət vermək olmaz. Yığmamız “Şaxtyor”a qarşı tam heyətlə çıxış etmədi. Prosineçki çalışır ki, taktikanı dəyişsin. “Şaxtyor”la 4-1-4-1 taktiki sxemindən istifadə etdi. Daha doğrusu buna çalışırdı. Gərək futbolçular da bu sxemi öyrənsinlər. Komandamızda problemlər var. Bunları aradan qaldırmaq üçün tam heyətlə oynamaq lazımdır.
- Oyunda Prosineçkinin yenilikləri özünü göstərdi?
- Nəzərə almaq lazımdır ki, bir neçə futbolçu məlum səbəblərdən milliyə dəvət almamışdı. Düzdür, etiraf etməliyik ki, bizdə əvəzolunmaz futbolçu yoxdur. Ancaq tam heyətlə oynamalıyıq ki, görək nə çatışmazlıqlar var. Millimizi Malta ilə görüş gözləyir. Həmin qarşılaşmada biz komandanın əsl oyununu və hansı dəyişikliklər olduğunu görə bilərik. Onu da deyim ki, Malta bizim üçün zəif rəqib deyil.
- Futbolçular Prosineçkinin onlardan hücumameyilli futbol tələb etdiyini deyir...
- Hücumameyilli ifadəsi mənə qəribə gəlir. Mənə çatmır ki, hücumameyilli oynamaq nədir. Onsuz da komandanın işi hücum etməkdir. Top məndədirsə, təbii ki, onu qabağa ötürəcəm. Bəziləri deyir ki filan məşqçi hücumameyillidir. Hücumçuların sayını artırmaqla hücum futbolu oynamaq olmaz. Komanda şəklində hücum etmək lazımdır. Bunun üçün isə bizim millimizə bir qədər vaxt lazımdır. Prosineçki bizimlə söhbətində də dedi ki, hücum futboluna üstünlük verəcək. Ancaq hansı taktika ilə hücum qurulacaq və bu taktikaya uyğun bizdə futbolçular varmı, onu deyə bilmərəm.
- Sizcə, “Şaxtyor”la qarşılaşmada yeni oyun sxemi özünü doğrultdum?
- Futbolçular çalışırdılar. Ön xətdə olan dörd oyunçu hücum qurmaq istəyirdilər. 4-1-4-1 sxemi ilə oynayanda gərək ön xətdə olan futblçular hücumun hər iki cinahında oynamağı bacarsın.
- Millimiz “Avro-2016”nın seçmə mərhələ oyunlarında da hücum futbolu sərgiləyə bilərmi?
- Düzdür, futbolçularımızda elə bir psixologiya yaranıb ki, həmişə müdafiədə oynamağı düşünürlər. Ancaq hücumda da oynaya bilərlər. Top saxlamaqla hücum etmək lazımdır. Müəyyən məqamlar var ki, komandamız bunların üzərində işləməlidir. Hücum etmək üçün ilk növbədə çeviklik lazımdır. Cinahlarda oynayan futbolçuların üzərinə çox iş düşür. Hər halda Malta ilə oyundan sonra komandamızın hücumda necə kəsərli olacağını görəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib