“Bakı-2015” ilk Avropa Oyunları bu mötəbər idman yarışının ABŞ-da yayımlanmasını təmin etmək məqsədilə “Universal Sports Network” ilə saziş imzalayıb.
Qol.Az-ın "AzərTAc"a istinadən yaydığı xəbərə görə, “Universal Sports Network” iyunun 12-dən 28-dək öz kanalında və “UniversalSports.com” internet səhifəsində möhtəşəm açılış və bağlanış mərasimləri də daxil olmaqla Avropa Oyunları haqqında gündəlik proqram yayımlayacaq. “Universal Sports Network”, həmçinin Avropa Oyunlarının Kanadada yayımlanması hüququnu da əldə edir.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib:
“Universal Sports Network” ilə bu sazişin imzalanması “Bakı-2015” üçün mühüm təkandır və Oyunların dünyanın ən böyük tamaşaçı auditoriyasına nümayiş etdirilməsini təmin edir. Bu saziş birinci Avropa Oyunlarına bütün dünyada ciddi marağın olduğunu bir daha sübut edir. Əminəm ki, ABŞ-da yaşayan idman həvəskarları bu yay təşkil ediləcək yarışları izləməkdən zövq alacaqlar”.
“Bakı-2015” Avropa Oyunları bu saziş ilə yarışların dünyanın 50 ölkəsində yayımlanacağını elan edib.
“Universal Sports Network” bütövlükdə ABŞ ərazisində “Time Warner Cable”, “Cox Communications”, “Bright House Networks”, “Verizon FioS”, həmçinin “DIRECTV” və “DISH” kimi peyk yayımları və ölkədə fəaliyyət göstərən bir sıra regional kabel və IPTV operatorları vasitəsilə yayımlanır.
“Universal Sports Network” şirkətinin məzmun və kommunikasiya üzrə birinci vitse-prezidenti Robert Ceyms deyib: “İlk Avropa Oyunlarının nümayişi şirkətimizin beynəlxalq Olimpiya yarışlarına dair öhdəliyini əks etdirir. Oyunlarda təmsil olunacaq Avropa ölkələri və iştirak edəcək atletlər ABŞ-dakı idman həvəskarlarının maraqlı və həyəcan verici yarışlar izləyəcəyini vəd edirlər”.
“Universal Sports Network” ABŞ-da Olimpiya, güc və ekstremal idman növləri haqqında proqramların başlıca ünvanıdır. Hər il 1200 saatdan çox orijinal proqram yayımlayan “Universal Sports Network” 25-dən çox dünya çempionatını eksklüziv yayımlama hüququna malikdir. Qurum ildə idmanın 40-dan çox növü üzrə yarışan ən uğurlu idmançıların çıxışlarını tamaşaçılarına təqdim edir.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi