Premyer Liqamızın 22-ci turunda öz meydanında “Bakı”nı qəbul edən “İnter” rəqibinə dörd cavabsız qolla qalib gəldi. Sabiq komandasına qarşı debüt oyununda dubl edən “bankirlər”in yeni transferi Əfran İsmayılov Qol.Az saytına müsahibəsində bu görüş haqda danışıb və digər sualları cavablandırıb.
- Son zamanlar yaxşı formada olsan da, Premyer Liqanın əvvəlki turlarında adın “18-liy”ə daxil edilməmişdi. Səbəb nə idi?
- Xırda zədəm vardı. Düzdür, “Xəzər Lənkəran”la matçda meydana çıxa bilərdim. Ancaq həkimlər məsləhət gördülər ki, tam sağalandan sonra oynayım.
- Zədə səndən əl çəkmir...
- Bəli, zədələnmələr karyerama təsirsiz ötüşmədi. Amma bu dəfə zədəm yüngül idi. Sadəcə, həkimlər məni qorumağa çalışırdı.
- Dünən “İnter”in heyətində ilk rəsmi oyununa çıxdın. “Bakı”ya qalib gəldiyiniz görüş haqda fikirlərini bilmək istərdik.
- Hamı bilir ki, “Bakı”nın böyük problemləri var. Buna baxmayaraq, komanda əzmkar mübarizə aparır. Bu cür rəqiblərə qarşı oynamaq daha çətindir. Digər rəqiblərlə müqayisədə “Bakı” futbolçuları daha mübarizdirlər. Ona görə də çətin oyun oldu. Yaxşı ki, ilk dəqiqələrdən hesabı açdıq. Bundan sonra böyük üstünlük əldə etdik. Vacib qələbə qazandıq. “Neftçi” və “Qarabağ” da qalib gəldi. Belə bir məqamda xal itirməyimiz pis olardı.
- Debüt matçında dubl etdin.
-Bu barədə çox danışmaq istəməzdim. Bəzən uzun müddət qol vura bilmirsən. Bəzən də ardıcıl qollarla qələbələrdə pay sahibi olursan. Futbolda belə hallar baş verir. Bir oyunda iki qol vurmağım mənim üçün qeyri-adi hal deyil. İki qol vurduğum üçün sevinirəm. Əsas odur ki, bu qolların ardı gəlsin. Dayanmaq olmaz.
- Qol vurduqdan sonra sevincini bildirmədin. Bu, daha əvvəl “Bakı”da çıxış etməyinlə bağlıdır?
- Ümumiyyətlə, qol sevincimi qeyd etmirəm. Əlbəttə ki, “Bakı”da oynadığımı da nəzərə aldım. “Bakı”da yaxşı xatirələrim var. Həqiqətən sabiq komandamın bugünkü vəziyyəti məni üzür. Arzu edirəm ki, tezliklə bu vəziyyətdən çıxsınlar.
- Deyəsən, “İnter”də oyunun “Bakı” və “Xəzər Lənkəran”la müqayisədə daha yaxşı alınır.
- Bəli. Mən bunu baş məşqçi amili ilə əlaqələndirərdim. Çoxdan bilirdim ki, Kaxaber Sxadadze güclü baş məşqçidir. Doğrudan da ciddi, intizamlı insandır. “Xəzər Lənkəran” və “Bakı” ilə müqayisədə “İnter”də baş məşqçi amili uğurun əsas hissəsidir. Sxadadze nəinki oyunda, heç məşq zamanı da futbolçuya imkan vermir ki, arxayınlaşsın. Ona görə də “İnter”də hamı işinə ciddi yanaşır. Hamı dərk edir ki, əsas heyətdə yeri sığortalanmayıb, səhv etsə, digər oyunçu onu əvəzləyəcək. Bütün futbolçular maksimum gücünü sərf edir ki, özünü göstərsin. Mənim də “İnter”də oyunumun alınmağı bununla bağlıdır.
- Növbəti turda AZAL-ın qonağı olacaqsız. Bu rəqibinizi necə qiymətləndirirsən?
- AZAL son vaxtlar göstərdiyi oyunla hamının diqqətini cəlb edib. Son turda “Sumqayıt”la heç-heçə etmələri bizi aldatmamalıdır. Tərlan Əhmədov gözəl kollektiv formalaşdırıb. Bu rəqibə ciddi yanaşırıq. Çempion olmaq istəyiriksə, bundan sonra xal itirməməliyik. İnanıram ki, bu görüşdən də üç xalla ayrılacağıq.
- Çempion olmaq istədiyinizi dedin. Lider “Qarabağ”la aranızda olan yeddi xal fərq çox deyil ki?
- Yox. Qarşıda “Qarabağ”la iki oyunumuz var. Çempionatın bitməsinə isə hələ çox var. İnanmıram ki, “Qarabağ” indidən çempionluq haqda düşünür.
- “İnter”lə müqavilən yayda bitir. Bu komandaya Kaxaber Sxadadzeyə görə gəldiyini demişdin. Baş məşqçinizin yayda “İnter”dən ayırlacağını nəzərə alsaq, sənin də gedişin gözlənilir?
- Mən baş məşqçimizlə bu barədə söhbət etmişəm. Özü mənə deyib ki, avrokuboklara vəsiqə qazansaq, bir müddət “İnter”də qalacaq. Ona görə də hələ bu haqda danışmayaq. Təki biz avrokuboklara düşək. Kim istəməz ki, belə bir komandada qalsın. Bir daha qeyd edirəm. Baş məşqçimizin “İnter”də qalıb-qalmayacağından çox şey asılıdır. Ancaq avrokuboklar da mənim üçün vacibdir.
- Hər halda “İnter”in avrokuboklara vəsiqə qazanmaq şansı yüksəkdir.
- Hər zaman demişəm ki, avrokuboklar üçün çox darıxmışam. İnanıram ki, bu il bunu bacaracağıq. Ondan sonra fikirləşərik.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib