“Neftçi” klubunun vitse-prezidenti Elnur Məmmədov Premyer Liqamızın 22-ci turunda səfərdə “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb
- Ötən tur “Xəzər Lənkəran”a, bu turda isə “Qəbələ”yə qalib gəldiniz. Artıq “Neftçi”nin “qara zolaq”dan çıxdığını demək olar?
- Qış fasiləsini komanda yaxşı səviyyədə başa vursa da, üçüncü dövrənin ilk turlarında axsamalar oldu. Ancaq bütün bu çətinliklərə baxmayaraq, komanda toparlandı. Bu gün (dünən – red.) də bunun şahidi olduq. Dalbadal iki turdur qələbə qazanırıq. Ümid edirəm ki, qələbələrin ardı gələcək. Qarşıda daha çətin oyunlarımız var. Demək olar ki, çempionatda zəif komanda yoxdur. Hər bir komandadan istənilən sürprizi gözləmək olar. Güclü komanda üçün turnir cədvəlində ondan geridə olan rəqiblə oyuna köklənmək çətindir. Bunların hamısını nəzərə almaq lazımdır. İnanırıq ki, uğurlarımızın davamı gələcək. Komandamız “Qəbələ” ilə oyunda əzmkarlıq göstərdi. İlk hissədə qol buraxmağımıza baxmayaraq, toparlandıq və qələbə qazandıq.
- "Qarabağ" la aranızda 10 xal fərq var. Sizcə, mövsümün sonuna kimi bu fərqi aradan qaldırmaq nə dərəcədə realdır?
- "Neftçi" kimi komandalar hər oyuna qələbə üçün çıxır. Hər bir komandanın iddiası var. "Qarabağ" bu gün (dünən – red.) "Simurq"a qalib gəldi. Ancaq arada 10 xal fərq var. Biz bu fərqi azaltmağa çalışacağıq. Qarşıda AZAL-la təxirə salınmış oyunumuz da var. İndi əsas fikrimiz isə bu ayın 19-da "Qarabağ"la keçiriləcək oyuna yönəlib.
- “Qəbələ”ilə oyunun ilk hissəsində hesabda geridə idiniz. Fasilədə paltardəyişmə otağına girib futbolçulara nəsə dediniz?
- Bir az təxribatçı sualdır. Bu, komandadır. Komanda deyəndə isə yalnız meydanda olan 11 nəfər oyunçu nəzərdə tutulmur. Klubun hər bir işçisi bura daxildir. Bu halda biz hər zaman bir-birimizə dəstək olmalıyıq. Əsas məsələ ondadır ki, komanda fasilədə toparlandı və bunun nəticəsi olaraq ikinci hissədə öz oyununu göstərib qalib gəldi.
- Araz Abdullayevdən sonra Ernest Nfor da əvəzedici heyətə göndərildi və yenidən geri qaytarıldı. Bu, "Neftçi"nin yaxşı çıxış etmədiyi dövrə təsadüf edirdi. Klubunuz nəyə güvənərək belə addım atır?
- Bizdə çoxlu gənc oyunçu yetişir. Hansısa klubda da ən vacib olan nizam-intizamdır. Bu gün bir oyunçunun əzmkarlığı olmadıqda, intizamı pozduqda media bunu şişirtməyə başlayır. Sadəcə insan əzmkarlıq göstərmirsə, öz vəzifə borcunu yerinə yetirmirsə bu zaman onun haqqında tədbir görülməlidir. Futbolda da ən yaxşı cəza üsulu oyunçunun əvəzedici heyətə göndərilməsidir. Həm formada qalır, həm də oynayır, üzərində çalışır. Nfor əvəzedici heyətdə yaxşı oynadı və qol da vurdu. Yenidən baş məşqçiylə danışdı və hazır olduğunu bildirdi.
- Oyundan əvvəl "Neftçi" məğlub olacağı təqdirdə Arif Əsədov istefaya gedəcəyi deyilirdi...
- "Neftçi" üzərində həmişə təzyiq olur. Hər zaman bu komandadan yaxşı nəticə gözləyirlər. Axsama olanda da müəyyən mülahizələr ortaya atılır. Bu proseslər həmişə oyunlardan əvvəl baş verir. Bu da məşqçi korpusuna olan təzyiqdir. Belə məsələlərdə biz həmişə komandanın yanındayıq. Çünki onların pis nəticəsi də bizimdir, yaxşısı da.
- "Neftçi" Azərbaycanın ən köklü klubudur. Azarkeşlər "Neftçi"dən çox şey gözləyir. Onlara nə söz verə bilərsiniz?
- Maraqlı sual oldu. Söz vermək çətindir. O şeyə söz verərsən ki, birbaşa səndən asılıdır. Amma "Neftçi" olaraq söz verə bilərik ki, uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik və Avropa klubları standartlarına yaxınlaşmağa çalışacağıq. Oyun olaraq isə, nəyəsə zəmanət vermək olmur.
- Son dövrlərdə "Neftçi"nin oyunlarında azarkeşlərin sayı xeyli azalıb. Bu problemi necə həll etmək fikrindəsiniz?
- Bu gün azarkeşlərin sayının azalması tək “Neftçı”də deyil, bütün Azərbaycan futbolunda müşahidə olunur. Səbəbləri çoxdur və biz də bununla bağlı müəyyən işlər görürük. Bu da tədricən öz müsbət təsirini göstərir. Planlarımız çoxdur. Biz hər bir təklifə açığıq.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib