Birinci Avropa Oyunlarının taekvondo yarışları “Bakı Kristal Hall”da, dörd çəki kateqoriyasında keçiriləcək.
Qol.Az-ın "AzərTAc"a istinadən yaydığı xəbərə görə, dörd yarış günündə (iyunun 16-19-da) ümumilikdə 128 kişi və qadın idmançı birincilik uğrunda mübarizə aparacaq. Hər çəki kateqoriyası üzrə Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq siyahısında ilk 14 yeri tutan idmançılar turnirə birbaşa vəsiqə qazanırlar. Həmçinin yarışlara ev sahibliyi edən ölkəyə bir yer verilir. Bundan başqa, təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə əsasən Oyunlarda iştirak etmək üçün bir yer ayrılır. Təsnifat yerləri Dünya Taekvondo Federasiyasının olimpiya reytinq sisteminə, yerli milli olimpiya komitəsi üçün ayrılan yerlərə və universallıq prinsiplərinə əsasən müəyyən olunacaq.
“Bakı-2015” birinci Avropa Oyunlarında taekvondoçular səkkiz çəki dərəcəsində ümumilikdə 24 medal uğrunda yarışacaqlar. Kişilər 58, 68, 80 kiloqram və 80 kiloqramdan yuxarı, qadınlar isə 49, 57, 67 kiloqram və 67 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.
Döyüş hərəsi iki dəqiqə davam edən üç raunddan ibarət olacaq. Əgər yarış üç raunddan sonra heç-heçə ilə başa çatarsa, əlavə olaraq dördüncü raund keçiriləcək. İlk xalı qazanan idmançı görüşün qalibi olacaq.
“Bakı-2015” Avropa Oyunlarında taekvondo yarışlarında xalların hesablanması üçün elektron baş və bədən qoruyucularından istifadə olunacaq. Müasir texnologiya sayəsində hakimin xalın hesablanmasında iştirakı maksimum səviyyədə məhdudlaşdırılır.
Qeyd edək ki, Bakı 2014-cü ilin iyununda yeniyetmələr arasında taekvondo üzrə birinci dünya çempionatına ev sahibliyi edib. Bu yarış sayəsində 12-14 yaş arasındakı yeniyetmələr özlərini gələcək müsabiqələrə beynəlxalq səviyyəli idmançı kimi hazırlamaq və dünya miqyasında yarışmaq fürsəti əldə ediblər.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov