Heydər Əliyev Fondunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin birgə təşkilatçılığı, AzərTAc-ın və Agerpres agentliyinin media dəstəyi ilə Rumıniyanın Milli Olimpiya Komitəsində “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib.
Qol.Az-ın "AzərTAc"a istinadən yaydığı xəbərə görə, mərasimdə Rumıniyanın idman federasiyalarının rəhbərləri, ilk Avropa Oyunlarında iştirak edəcək rumın idmançıları, ziyalılar, rəsmi şəxslər, ölkənin qabaqcıl turizm şirkətlərinin rəhbərləri, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, burada yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev çıxış edərək bu tədbirin ilk Avropa Oyunları barədə məlumatın rumın ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. İ.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək səviyyədə keçirilməsinə göstərdikləri dəstəyi xüsusi vurğulayıb. Direktor yarışların keçirilməsi üçün yeni tikilən və bərpa olunan idman kompleksləri barədə interaktiv şəkildə məlumat verib. O, həmçinin idmançılar üçün yaradılmış şərait, Olimpiya şəhərciyi, Bakının gözəlliyi, İçərişəhər, Dənizkənarı park, Heydər Əliyev Beynəlxalq Hava Limanı, KİV-lər üçün nəzərdə tutulmuş media mərkəzindən bəhs edib.
Sonra Avropa Oyunları barədə film nümayiş etdirilib.
Rumıniya Milli Olimpiya Komitəsinin sədri Alin Petrake, gənclər və idman naziri, Olimpiya çempionu xanım Qabriela Szabo bu tədbiri təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər. Onlar Heydər Əliyev Fondunun Rumıniyada humanitar, sosial, idman sahələrində, Azərbaycanın təbliği, iki xalq arasında əlaqələrin möhkəmlənməsində apardığı fəal işin yüksək qiymətləndirildiyini vurğulayıblar. “Bakı-2015” ilk Avropa Oyunlarının gənc idmançıların öz güclərini sınamaları üçün gözəl fürsət olduğu bildirilib, Azərbaycan dövlətinin idmanın inkişafına diqqət və qayğısı, sağlam cəmiyyətin qurulması istiqamətində nailiyyətləri yüksək qiymətləndirilib. Rumıniyanın bu idman yarışına böyük heyətlə qatıldığı diqqətə çatdırılıb.
Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov Avropa Oyunlarının idmançıların özlərini sınamaları və Bakının bu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi baxımından daha böyük təcrübə qazanması istiqamətində mühüm tədbir olacağını deyib. Diplomat Azərbaycanın Avropa və dünya miqyaslı yarışları ən yüksək səviyyədə keçirməsini beynəlxalq idman ictimaiyyətinə sübut etdiyini vurğulayıb. F.Abdinbəyov Azərbaycanda Olimpiya komplekslərinin yaradılması, ölkədə gənclərin idmana marağının artması, dövlətin gənclərə diqqət və qayğı göstərməsi barədə məlumat verib.
Azərbaycan Milli Olimpiya Komitəsinin və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva Avropa Oyunlarının yaranması, mahiyyəti, məqsədi, burada təmsil olunan idman növlərinin sayı barədə məlumat verib. O, bu Oyunların keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsinin səbəbləri barədə danışıb, Azərbaycanın hər zaman bu cür yüksək səviyyəli tədbirlər keçirməyə hazır olduğunu vurğulayıb.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Patrik Hikki ilk Avropa Oyunlarının təqdimatı ilə bağlı Rumıniyada keçirilən tədbiri yüksək qiymətləndirib. O, “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar yaradılan Təşkilat Komitəsinə, aparılan yüksək səviyyəli işlərə görə təşəkkürünü bildirib.
P.Hikki qeyd edib ki, adətən Olimpiya Oyunlarına hazırlıq 7 il çəkir, amma Azərbaycan 3 ildən az bir vaxtda bu işin öhdəsindən gəldi. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, birinci xanım, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dəstəyi ilə əldə olunan nailiyyətləri xüsusi vurğulayıb. P.Hikki Avropa Oyunlarında iştirak edəcək idmançılara, eləcə də rumın idmançılarına uğurlar arzulayıb.
Təqdimat mərasimindən sonra Rumıniya Milli Olimpiya Komitəsində ziyafət verilib.
Tədbir Rumıniya KİV-lərində, eləcə də TVR1 televiziya kanalında, Agerpres milli xəbər agentliyinin video portalında işıqlandırılıb.
2-ci liqada daha 2 oyun
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü