“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Qol.Az saytına müsahibə verib. Premyer Liqamızın son turunda “Xəzər Lənkəran”a qalib gəldikləri oyun (2:0) və növbəti turda “Qəbələ” ilə qarşılaşacaqları görüş haqda danışan Əsədov digər sualları da cavabalandırıb.
- “ Xəzər Lənkəran” üzərində qələbə “Neftçi”nin öz oyununu tapdığını göstərir, yoxsa cənubluların əvvəlki gücdə olmadığını?
- Bizim üçün bu oyunda qalib gəlmək vacib idi. Meydana da ancaq qələbə ruhu ilə çıxmışdıq. Üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəldik. Əsas olan odur ki, ”Xəzər Lənkəran”la oyundan üç xalla ayrıldıq. Düzdür, hesab daha fərqli ola bilərdi, amma real fürsətlərin çoxundan yararlana bilmədik.
- “Neftçi”nin fasilədən sonrakı uğursuzluğunun səbəbi nə idi?
- Əsas səbəblərdən biri Antalyada olarkən nəzərdə tutduğumuz optimal heyətdən zədəli futbolçuların çox olması idi. AZAL-la ilk oyunda önəmli dörd futbolçunun xidmətlərindən yararlana bilmədik. Bu da oyunumuzu qurmaqda çətinliklər yaratdı. “Simurq”la heç-heçə etdiyimiz qarşılaşmada isə əlimizə düşən qol imkanlarından istifadə edə bilmədiyimiz üçün bir xalla kifayətlənməli olduq.
- Dünənki açıqlamanızda bildirdiniz ki, “Neftçi” artıq “qara zolaq”dan çıxdı. Növbəti turda isə daha bir “qara zolaq”da olan “Qəbələ” ilə qarşılaşacaqsınız...
- “Qəbələ” də son iki turda məğlub olub. Buna görə oyunun çətin keçəcəyini bilirik. Bütün rəqiblərimizə qarşı necə hazırlaşırıqsa, “Qəbələ” ilə oyun üçün də eyni tempdə çalışırıq. İnanıram ki, “Xəzər Lənkəran” üzərində qələbədən sonra bu oyundan da üç xalla ayrılacağıq. Meydana ancaq qələbə üçün çıxacağıq.
- “Qarabağ”la aranızda artıq 10 xal fərq var. Bu, “Neftçi” üçün nə deməkdir?
- Biz öz yolumuza davam edirik. “Neftçi” hər zaman olduğu kimi çempionluq yolunda öz iddilarından əl çəkməyəcək.
- Yəni hələ də çempionluğa ümidiniz qalıb?
- Ümid sonda ölür. Bir şeyə əminəm ki, biz sonacan mübarizə aparacağıq. Hələ qarşıda çox oyunlarımız var və bu qarşılaşmalardan ikisi də məhz “Qarabağ”la olacaq. Əsas rəqiblərimizdən heç birinin nəticələrini güdmürük. Biz öz yolumuza davam edib, vacib xalları toplamağa çalışırıq.
- Sizcə, Samir Məsimov qol vurduqdan sonra ehtiyat skamyada oturaraq nə demək istəyirdi?
- Başqa bir sualınız varsa, buyurun. Bu suala cavab vermək istəmirəm. Həmin məsələ haqda dünən danışdıq. Bunlar hamsı mətbuatda çıxan şayiələrdir.
- Demək istəyirsiniz ki, Məsimovun ehtiyatda qalması ilə bağlı heç bir narazılığı yoxdur?
- Futbolçu əsas heyətdə də meydana çıxar, ehtiyatda da qalar. Bilmirəm, mətbuat bunu hardan çıxardı. Bütün bu məlumatlar reallığa əsaslanmır. Bizim mətbuat katibi Gündüz Abbaszadə bu sualın cavabını dünənki oyundan sonra vermişdi. O, futbolçudur. Hər bir oyunçu qol vuranda sevincini müxtəlif yollarla ifadə edir.
- Amma Samir Məsimov tam başqa fikir söylədi.
- Mən də həmin açıqlamanı oxumuşam. Şişirdiləcək bir şey yoxdur. O, açıqlamasında söyləyib ki, Saşa Stamenkoviçə demişdim qol vursam, gələcəm sənin yanına. Burda nə var ki? Qol vurdu, gəldi onun yanında oturdu. Hamı “Neftçi”də nöqsan axtarır.
- O, eyni zamanda qeyd etdi ki, uzun müddət ehtiyatda qaldığı üçün sevincindən nə edəcəyini bilmədi.
- Özünüz də görürsünüz ki, bu hərəkət sevincdən olub. Normal bir şeydir. Burdan nəsə məna çıxartmağa gərək yoxdur.
Ergün SEYİD
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi