Fevralın 11-də Avropa Oyunları Əməliyyat Komitəsi britaniyalı taekvondoçu Ceyd Consun “Bakı-2015”in beynəlxalq idman elçisi olacağını elan edib.
Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, Ceyd Cons 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında 57 kiloqram çəki dərəcəsində Böyük Britaniyanın taekvondo üzrə qızıl medal qazanmış ilk idmançısı olub. O, həmçinin 2011-ci ildə Koreya Respublikasının Cyoncu şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında gümüş medal qazanıb. İdmançı növbəti gümüş medala isə keçən ilin mayında Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatında layiq görülüb.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: “Belə məşhur Olimpiya çempionunun “Bakı-2015”in elçisi olması ilk Avropa Oyunları üçün böyük nailiyyətdir. Bu, yüksək səviyyəli peşəkar idmançıların Oyunlara cəlb ediləcəyinə sübutdur. Əminəm ki, Ceyd Cons beynəlxalq idman elçisi kimi, Avropa Oyunlarını Böyük Britaniyada uğurla təbliğ edəcək. Biz onun bu yay Bakıda keçiriləcək Avropa Oyunlarında müvəffəqiyyətlə çıxış edəcəyinə ümid bəsləyirik”.
20 yaşlı Ceyd Cons isə bununla əlaqədar bildirib: “Bakı-2015” Avropa Oyunlarının idman elçisi adına layiq görüldüyümə görə çox şadam. Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəfdir. Qitənin çoxnövlü idman yarışlarının keçirilməsi avropalı atletlər üçün çox vacibdir. Əsas hədəfim taekvondo üzrə birinci Avropa Oyunlarının çempionu olmaqdır”.
Britaniya Olimpiya Assosiasiyasının “Bakı-2015”ə qatılacaq nümayəndə heyətinin rəhbəri Mark Enqland qeyd edib: “Ceyd Consun “Bakı-2015”in beynəlxalq idman elçisi olması britaniyalı idmançıların Avropa Oyunlarına həvəsini əks etdirir. Britaniyanın çox güclü idman ənənəsi var. İdman elçisi proqramı qarşıdan gələn Avropa Oyunları barədə ölkədə maraq və həyəcan yaratmağa kömək edəcək”.
Ceyd Cons “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçiləri seçilmiş fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı kanoe sprintçi Rene Holten Poulsen və Serbiyanın basketbol 3x3 komandasının üzvləri Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçə qoşulur. Oyunların digər idman elçilərinin adları yaxın vaxtda açıqlanacaq.
“Bakı-2015”in beynəlxalq elçiləri öz idman növlərini təmsil və ilk Avropa Oyunlarını təbliğ etmək üçün bütün qitədə, o cümlədən mediada həyata keçirilən geniş marketinq kampaniyalarına qatılacaqlar.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov