“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Premyer Liqamızın 20-ci turunda dünən “Bakı”ya qalib gəldikləri oyundan (4:1) sonra Qol.Az saytının suallarını cavablandırıb
- Böyük hesabla qalib gəldiyiniz oyun haqqında fikirlərini öyrənək...
- Aydın məsələdir ki, fasilədən sonrakı oyunlar həmişə çətin keçir. Rəqibi təbrik etmək istəyirəm. Bu gün çox əzmkar oyun nümayiş etdirdilər. Xeyli çətinlikləri olmağına baxmayaraq yaxşı mübarizə apardılar. Həqiqətən gənc futbolçuların oyunu xoşuma gəldi. Onlar tərifə layiqdirlər. Bizim komanda isə hələ tam formada deyil. Çünki fasilə yeni bitib. Getdikcə optimal formanı yığacağıq.
- Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i ilə oyunda “Qarabağ”ın sayılmayan qolu ilə bağlı etdiyi şikayət UEFA tərəfindən rədd edildi. Bu qərarı gözləyirdiniz?
- Bəli, biz buna hazır idik. Bilirdik ki , bu şikayəti ciddi qəbul etməyəcəklər.
- Premyer Liqamızda növbəti oyununuz son iki turda iddialı komandalara qalib gələn AZAL-la olacaq. Bu səfər qarşılaşması barədə nə düşünürsən?
- AZAL-ın hər iki oyununu izləmişəm. Baş məşqçi Tərlan müəllimi təbrik etmək olar. Çünki çox gözəl komanda qurub. Futbolçular yaxşı oyun nümayiş etdirirlər.Bizi çox gərgin və ağır bir qarşılaşma gözləyir. Hətta bu görüşdə heç-heçə də bizə sərf edər.
- Göstərdiyiniz oyuna və turnir cədvəlindəki mövqeyinizə görə demək olarmı çempionatda “Qarabağ”ın rəqibi yoxdur?
- Xeyir. Ola bilər ki, rəqiblərimiz istədiyi kimi oyun göstərə bilmirlər. Amma qarşıda oyunlar çoxdur. Məncə, çempionat çox gərgin keçəcək. Rəqiblərimizin xal itirməyi onların zəif çıxışından irəli gəlmir. “Simurq” , AZAL, “Sumqayıt” çempionata çox yaxşı hazırlaşıb. Onlar da çox iddialı klublardı. Bu il hər bir komanda liderlərdən xal almaq gücünə malikdir. Buna görə də hər oyuna çox ciddi yanaşmaq lazımdır.
- Komanda bu qış transfer pəncərəsində futbolçu almadı. Bu, qarşıdakı oyunlarda çətinlik yaradacaqmı?
- Onu zaman göstərəcək. Amma yetərincə istedadlı, gənc futbolçularımız var . Onların şansları olacaq ki, özlərini göstərsinlər.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib