“Simurq”un müdafiəçisi Xuan Alberto Alvarado Premyer Liqanın 20-ci turunda “Neftçi” ilə oyundan sonra (0:0) Qol.Az saytının suallarını cavablandırıb.
- Premyer Liqanın iddialı klublarından birinə qarşı oynadınız və bir xal qazandınız. Bu oyun haqqında nə deyə bilərsən?
- Çox çətin oyun oldu. Hər iki komandanın qol vurmaq üçün şansları var idi. “Neftçi” bizə bu oyunda çətin anlar yaşatdı. İlk hissənin son on dəqiqəsində rəqibin hüçumları daha da kəskinləşdi. Amma “Neftçi”nin bu oyunda fərqlənməsinin qarşısını ala bildik.
- Yəni, bu qarşılaşmada səhvsiz oynadınız?
- Rəqib müdafiədə bizə çətinlik yaratsa da, düzgün mübarizə aparmağı bacardıq. Biz də yaxşı oyun sərgilədik. Hətta qol imkanlarımızdan istifadə edə bilsəydik, qalib də gələ bilərdik. Amma əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Bir xal da belə oyunlarda yaxşı nəticədir. Çünki qarşıda bizi çətin qarşılaşmalar gözləyir.
- "Simurq" Avropa Liqasına vəsiqə qazanmaq üçün yaxşı şans əldə edib...
- Turnir cədvəlində 3-cü yerdə olan “Neftçi”dən bizi cəmi 2 xal ayırır. Ona görə çalışırıq ki, hər oyuna yüksək səviyyədə hazırlaşaq. Yaxşı nəticələr əldə edib aramızdakı xal fərqini azalda bilərik. Qarşımızda duran ən önəmli vəzifələrdən biri Avropa Liqasına vəsiqə qazanmaqdır. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.
- Müxtəlif ölkələrdə futbol oynamısan. Azərbaycan futbolunu necə dəyərləndirirsən?
- Hər ölkədə fərqli oyun sistemləri var. Nəticə eyni olsa da, əsas məqsədə çatmaq üçün gedilən yollar müxtəlifdir. Azərbaycan futbolu da fərqli xüsusiyyətlərə malikdir. Bu ölkədə futbol çox yaxşı səviyyədədir. Çox maraqlı oyunlar və güclü klublar var. Ən əsası bu klublar arasında sağlam mübarizə gedir. Çempionatda az komanda olsa da, hər biri çempionluq uğrunda mübarizə aparır. Klublar arasında böyük səviyyə fərqi yoxdur. Turnir cədvəlində sonuncu yerdə olan klubun da iddiası hər zaman qalır. Buna görə də Azərbaycan Premyer Liqası çox maraqlıdır.
- Azərbaycana uyğunlaşmaqda çətinlik çəkmədin?
- Müəyyən çətinliklər oldu. Çünki fərqli dili və mədəniyyəti olan bir ölkəyə gəldim. Amma indi hər şey qaydasındadır. Çətinlik yaradan amillərdən biri də stadionlarla bağlıdır. Gah süni, gah da təbii ot örtüklü meydanda oynamaq bizim üçün həqiqətən çətinlik yaradır.
- Stadionlarda azarkeşlərin az olması necə...
- Bunun heç bir fərqi yoxdur. Bizim üçün əsas olan komandamızın uğur qazanmasıdır. Çempionatda maraqlı oyunlar olduqca, stadionlarda da tamaşaçıların sayı artacaq. Ona görə də biz ilk növbədə çalışmalıyıq ki, yaxşı oyunlar sərgiləyək ki, stadiona azarkeşlərin sayı artsın.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib