“Qarabağ”ın gənc futbolçusu Namiq Ələsgərov Qol.az saytına müsahibə verib.
- Artıq təlim-məşq toplanışını başa vurmusunuz. “Qarabağ”ı çempionata hazır hesab etmək olarmı?
- Hazırlıq prosesi yaxşı keçdi. Yoxlama oyunlarında nəticəyə önəm verməsək də, əsas məqsədimiz çatışmazlıqları görmək idi. Əlimizdən gələni etdik ki, çempionata yaxşı səviyyədə hazırlaşaq. Çünki rəqiblərimizdən bir neçə xal irəlidə olsaq da, bizi çətin mübarizə gözləyir. Nə dərəcədə hazır olduğumuz çempionat oyunlarında bilinəcək. İnanıram ki, yaxşı nəticələr qazanıb əziyyətimizin bəhrəsini görəcəyik.
- “Qarabağ”dan üçüncü dövrədə əvvəlkindən fərqli nə görə biləcəyik.
- Komandamız çempionatın ilk yarısında eyni zamanda Avropa Liqasında da mübarizə aparırdı. Son oyunumuzda hakimin ədalətsiz qərarı psixoloji durumumuza təsir etmişdi. Ona görə toparlanmağımız bir az çətin oldu. Amma indi artıq deyə bilərik ki,“Qarabağ” çempionata həm fiziki, həm də psixoloji baxımdan tam hazırdır. Hədəfimiz Premyer Liqada bütün oyunlarda qalib gəlib çempion olmaqdır.
- Klublarımızdan bir çoxunun heyətində dəyişikliklər oldu. Bəzi klublar heyətini gücləndirdi, bəziləri gənc futbolçulara üstünlük verdi.
- Bəli, komandalarda baş verən dəyişikliklər haqqında məlumatımız var. Əsas rəqiblərimizdən olan “İnter” və “Qəbələ” yaxşı əcnəbi futbolçular transfer ediblər. “Neftçi” isə heyətini perspektivli yerli futbolçularla gücləndirib. Bu komandaların bizə çətinlik yaradacağına əminik. Ona görə də hazırlığımızı yüksək səviyyədə apardıq ki, problemlərin öhdəsindən gələ bilək. “Xəzər Lənkəran” gənc futbolçulara üstünlük versə də, onların yaxşı mübarizə aparacağını bilirik. Çünki mən də gənc futbolçuyam. Bilirəm ki, bizim yaşda olanlar daha əzmkar və mübariz olurlar.
- Üçüncü dövrənin ilk turunda əsas rəqiblərinizin xal itirməsi sizin işinizə yarayacaqmı?
- Əslində biz rəqiblərimizin nəticələrinə ümid bağlayıb oynamırıq. Önəmli olan öz oyunlarımızdı. Amma yenə də onların xal itirməsi bizim işimizi asanlaşdırır, çempionluq şanslarımızı çoxaldır.
“Qarabağ”ın mübarizə əzmi heç vaxt bitməyəcək. Çalışacağıq, maksimum xal fərqi ilə çempion olaq.
- Qış fasiləsində “Qarabağ”da transfer etməməsi sənin əsas heyətdə möhkəmlənməyin üçün bir şans ola bilərmi ?
- Bu haqda heç nə deyə bilmərəm. Amma hər halda bu, mənim üçün fürsətdir. Çünki özümü sübut etmək baxımdan indi daha çox şansım olacaq. Çempionatın gedişində yaxşı oyun sərgiləyib əsas heyətə düşməyə çalışacam.
- Növbəti turda sabiq klubun “Bakı”ya qarşı oynayacaqsınız.
- Düzdü, “Bakı” məni yetişdirən klubdur. Onlara çox şey borcluyam. Çempionatın ilk yarısında onlara qarşı oynaya bilmədim. Amma indi bunu çox istəyirəm.
- “Bakı”nın hazırkı durumu sənə necə təsir edir?
- Bu vəziyyət məni çox üzür. İstərdim “Bakı” hər zamankı mübariz və çempionluğa oynayan bir klub olsun. Hafiz Məmmədov Azərbaycan futbolu üçün yaxşı işlər görüb. Klubun belə durumda olması ürəkaçan deyil.
- Milli komandamızın baş məşqçisi Ropert Prosineçki deyib ki, Namiq Ələsgərov Azərbaycanda yetişən ən yaxş gənc futbolçulardan biridir.
- Robert Prosineçkini yaxından tanımıram, ancaq futbolçu karyerası haqqında məlumatım var . Oyunlarımızı izlədiyini görmüşəm. Deyilənə görə, gənc futbolçulara üstünlük verir. Onun mənim haqda fikirləri barədə ilk dəfədir sizdən eşidirəm. Əgər belə söyləyibsə, bu, mənim üçün çox sevindirici bir haldir.
- O həmçinin sənə milli komandada şans verəcəyini söyləyib.
- Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Əgər məni dəvət etsə, çalışacam onun ümidlərini doğruldum. Yığmamız üçün əlimdən gələni heç vaxt əsirgəmərəm.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib