Azərbaycanlı FİFA agenti Vaqif Heydərlinin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə yenicə bağlanan qış transfer pəncərəsi haqda danışaq. Klublarımızın qış bazarlığını necə qitmətləndirirsiniz?
- Görünən budur ki, ötən illəlrə müqayisədə sönük oldu. Klublar transfer işlərinə az büdcə ayırdı. Bəziləri isə ümumiyyətlə, pul xərcləmədi.
- Sizcə, klublarımızın transfer sahəsində passivliyinin səbəbi nədir?
- Müxtəlif səbəblər gətirirlər. Bəzi klublarımız gənc yerli futbolçulardan istifadə etməyə üstünlük verdilər. "Bakı"da maliyyə problemləri var. "Xəzər Lənkəran" strategiyasını dəyişdi. "Neftçi" əcnəbi futbolçu almaq istəmədi. Yəni bəzilərində maddi durum istənilən kimi deyilsə, bəziləri də legionerlərdənsə gənc və yerli futbolçulara üstünlük verməyi doğru addım saydılar.
- Klublarımızda skaut sisteminin olmaması bu işə necə təsir edir?
- Hər klubda bu işlərlə maraqlananlar var. Ancaq kimin necə işləməsi göz qabağıdadır. Skaut sistemi yaratmaq asan deyil. Hesab edirəm ki, bu sistem heç bir klubumuzda yoxdur. Skaut sistemində futbol adamı çalışmalıdır. Bəzi klublarımız var ki, bu istiqamətdə müəyyən işlər görür. Bir müddətdən sonra buna nail ola bilərlər. Ancaq hələ ki, heç bir klubumuzda skaut sistemi formalaşmayıb.
- "Qəbələ" Ukraynadan Roman Qriqorçuku baş məşqçi vəzifəsinə gətirdi. Daha sonra bu ölkədən dörd futbolçu transfer edildi. Bu kimi transferlərə münasibətinizi öyrənmək istərdik. Ümumiyyətlə, hansı bazarları bizim üçün münasib saymaq olar?
- "Qəbələ"nin bu cür transferlərinin səbəbi odur ki, biz həmin ölkələrin çempionatlarına yaxından bələdik. Məşqçilərin öz ölkələrindən oyunçu dəvət etməyi təbiidir. Bizim futbolçularımız da əvvəllər MDB ölkələrinə daha çox dəvət alıblar. Bizə hansı bazarın uyğun olmağına gəldikdə isə bu, hansısa ölkə futbolçularının spesifik xüsusiyyətlərinə əsasən seçilsə, daha yaxşı olar. Məsələn, Braziliya, Argentina, Portuqaliya kimi ölkələrdən olan futbolçular Azərbaycanda yaxşı çıxış edə bilər. Çünki onlar texnikalı oyuna üstünlük verirlər. Yaxud da müdafiəyə meyilli Balkan ölkələrinin futbolçuları burada stabil çıxış edə bilər.
- Hazırda bizim klubların alıcılıq qabiliyyəti necədir?
- Təbii ki, bütün ölkələrdə futbolçular qiymətinə görə təbəqələrə bölünürlər. Azərbaycan klublarının büdcəsinə uyğun gələn futbolçular da var, daha yüksək ödənişli çempionatların səviyyəsinə uyğun olanlar da. Hər klubun büdcəsinə uyğun futbolçu var Konkret olaraq braziliyalı futbolçular Azərbaycan klublarının büdcəsinə uyğun deyil demək düzgün çıxmaz.
- Bu gün azərbaycanlı futbolçuların Türkiyə I divizionunda oynayan klublara kütləvi axını var. Sizcə, bu, sırf Türkiyə birinci liqasında azərbaycanlı futbolçuların legioner sayılmaması ilə bağlıdır?
- Təəssüf ki, bu, limitlə bağlıdır. Belə olmasaydı, daha yaxşı olardı. Bizim futbolçuların bəziləri daha güclü çempionatlarda çıxış edə bilər. Sadəcə, onlara güvənmirlər.
- Millimizin üzvlərinin Türkiyənin aşağı liqa klublarına üz tutmasına necə baxırsınız?
- Məncə, millimizin üzvləri məcbur olmadıqca ora getməməlidir. Çünki həm ödəniş, həm də səviyyə baxımından bizim aparıcı klublarımız onlardan üstündür. Türkiyə I divizionu perspektivli deyil. Futbolçular daha az maaşa o şərtlə oynayar ki, orada perspektiv olsun. Ancaq Türkiyə I divizionunda nə perespektiv var, nə də bəzi klublarımızda olduğu qədər maaş. Yəni irəli getmək istəyən futbolçu Türkiyə I divizionuna üz tutmamalıdır.
- Hazırda futbolçularımızın qiyməti orta hesabla nə qədərdir?
- Bizim müəyyən futbolçular var ki, onların qiyməti kifayət qədər qalxmaldır. Bəzilərinin qiyməti hətta MDB ölkələrinin futbolçularından daha yüksəkdir. Konkret qiymət demək çətindir. Çünki hər zaman futbolçunun qiyməti dəyişə bilər. Kim desə ki, filan futbolçunun qiyməti budur, səhv demiş olacaq.
- Hansı futbolçumuzun qiyməti daha yüksəkdir?
- Təbii ki, milli komandamızın üzvlərinin qiyməti digərlərindən yüksəkdir. Onlar kifayət qədər yüksək ödənişlidirlər.
- Bununla belə, yəqin ki, Türkiyə I divizionunda çıxış edən milli üzvlərimiz aşağı gəlir əldə edir.
- Orada məsələ bir qədər fərqlidir. Ötən mövsüm superliqadan düşən klubların büdcəsi normaldır. Ancaq bir çoxlarının maliyyə durumu yaxşı deyil. Ümumiyyətlə, ötən illə müqayisədə Türkiyə I divizionunun səviyyəsi aşağı düşüb. Son vaxtlar orada müəyyən çətinliklər var. Ancaq son illər superliqanı tərk edən 4-5 klub var ki, onlarda vəziyyət nisbətən yaxşdır.
- Ötən illə müqayisədə futbolçularımızın qiymətində hansı dəyişikliklər var?
- Bir qədər qiymətləri düşüb.
- Sizin qış transfer pəncərəsində yaddaqalan transferiniz oldumu?
- Xeyr. Əvvəlki illərlə müqayisədə son vaxtlar transfer işləri zəifləyib. Həm də qış transfer pəncərəsində elə də yaddaqalan transfer olmur. İndi sərbəst oyunçu tapmaq çətindir. Klublar da çalışır ki, əsas transferlərini yayda etsinlər. Bu səbəbdən məndə seçilən transfer olmadı. Bötüvlükdə heç bir klubumuz seçilən transfer etmədi. Artıq transfer pəncərəsi bağlanıb. Yay üçün müəyyən planlarımız var.
- Meneceri olduğunuz yerli futbolçulardan ölkə xaricinə gedən olacaq?
- Bunlar bir qədər uzun proseslərdir. Kənardan baxanda bizim iş asan görünür. Ancaq bizim futbolçuların xarici bazara çıxması çox çətin və uzun prosesdir. Ona görə də konkret deyə bilmərik ki, bu və ya növbəti transfer dönəmində futbolçularımız xarici klublara gedəcəklər.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord