“Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov Premyer Liqanın 19-cu turunda səfərdə “Bakı”ya qalib gəldikləri oyundan sonra (2:0) Qol.Az saytının suallarını cavablandırıb.
- Hazırkı “Bakı” necə rəqibdir?
- Gənc futbolçulardan təşkil olunmuş komandadır. Bizə qarşı da çox yaxşı mübarizə apardılar. Maraqlı oyun oldu. Sevinirəm ki, belə çətin oyunda qalib gəldik. İlk pillələr uğrunda mübarizədə 3 xal bizim üçün vacib idi.
- “Qəbələ”də baş verən dəyişikliklərin hansı müsbət cəhətləri oldu?
- Hələ təlim-məşq toplanışından yeni qayıtmışıq. Həmişə fasilədən sonra ilk oyunlar bir qədər çətin olur. 19-cu turda əsas rəqiblərimizdən çoxu xal itirdi. Biz də bundan istifadə edərək qalib gəlməli idik. Bundan başqa uğurlu start da çox önəmlidir. Çünki necə başlayırsansa, elə də davam edəcəksən. İnanıram ki, bu qələbəmiz davamlı olacaq və sonda uğurlu nəticə əldə edəcəyik.
- Yeni transferləriniz necə təsir bağışladı?
- Necə olduqları göz qabağındadır. Kənardan necə təsir bağışladılarsa, meydanda da o cür idilər. Hər şey normaldır. Komandamıza xeyri dəyəcək futbolçulardır. Özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. İnanıram ki, gələcəkdə “Qəbələ”nin əldə edəcəyi uğurlarda böyük pay sahibi olacaqlar.
- Ümumiyyətlə, Roman Qriqorçuk qısa müddətdə komandada hansı işləri görüb?
- Onun “Qəbələ”də yaxşı işlər görəcəyinə əminəm. Onun təcrübəsi də belə düşünməyə imkan verir. Komandada elə bir sistem yaradıb ki, biz hər hansı qarşılaşmaya çıxanda, həmin oyundan nə istədiyimizi bilirik. Ən əsası meydanda düzgün taktika ilə mübarizə aparırırq.
- Bütün bu dəyişikliklərdən sonra çempionatın sonunda “Qəbələ”dən nə gözləmək olar?
- İlk öncə bütün oyunlardan qalib ayrılmalıyıq ki, uğurumuzun davamı gəlsin. Əgər öz oyunumuzu istədiyimiz kimi qura bilsək, vacib xalları qazanacagıq. Əsas məqsədimiz Avropa Liqasında oynamaqdır. Əminəm ki, bunun öhdəsindən gələcəyik.
- Sənin oyunundan şikayətlənənlər var idi..
- Mənim üçün önəmli olan komandamın qalib gəlməsidir. Əksinə meydanda məndən çox ötürmə verən yox idi.
- "Bakı"nın azarkeşləri ilə aranda nə baş verdi?
- Penalti epizodundan sonra mənə söyüş söyməyə başladılar. Oyun ərzində tez-tez bu hallar təkrarlanırdı. Amma onlara əhəmiyyət vermirdim. Çünki mən futbol oynamaq üçün meydana çıxmışam, kiməsə cavab qaytarıb, münaqişə yaratmaq üçün deyil. Amma bəzən adamın səbrini daşırırlar. Künc zərbəsi zamanı ailəmi təhqir etməyə başladılar. Onlara ayıb olsun. Heç olmasa düşünsünlər ki, bu komanda üçün mən də əziyyət çəkmişəm. Neçə ay bu klubda pulsuz oynamışam. Mənə qoyduqları hörmət budur?
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib