“İnter” klubunun müdafiəçisi Məhəmməd Mirzəbəyov Premyer Liqanın 19-cu turunda “Sumqayıt”la oyundan (0:0) sonra Qol.Az saytına müsahibə verib.
- Premyer Liqanın qış fasiləsindən sonra ilk rəsmi oyununuza çıxdınız. Qarşılaşma necə keçdi?
- “Sumqayıt” çox yaxşı komandadır. Bizə qarşı da çox yaxşı mübarizə apardılar. Oyunun çətin olacağını bilsək də, bu nəticəni gözləmirdik. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Amma alınmadı. Vacib olan iki xalı itirdik. Buna baxmayaraq, komandamız yaxşı vəziyyətdədir. Çalışacağıq ki, növbəti turlarda səhvlərimizi düzəldib, çempionluq uğrunda daha yaxşı mübarizə aparaq.
- Bu qarşılaşmada “İnter”in oyunu alınmadı, yoxsa “Sumqayıt” yaxşı oynadı?
- Matçın ilk hissəsində qol vurmaq üçün bir neçə şansımız oldu. Ancaq bu imkanlardan istifadə edə bilmədik. Qol vəziyyətlərindən yararlana bilməməyimiz oyunu daha da çətinləşdirdi. Bu oyundur. Hər zaman istədiyin olmur. Bu dəfə oyunumuz alınmadı desək, daha doğru olar.
- Oyunun ikinci hissəsində başından zədə alsan da, əvəzlənmədin. Hava zərbələri zamanı problem yaşamadın?
- Futbol kişi oyunudur. Mən əlimdən gələn hər şeyi etdim ki, komandam
qalib gəlsin. Heç nədən çəkinmədən mübarizə apardım. Biz hokkey oynamırıq, futbolda lazım olan anda başla zərbə endirmək vacibdir. Bu da mənə heç bir problem yaratmırdı.
- Mövsümün sonunda “İnter”in baş məşqçisi Kaxaber Sxadadze klubdan ayrılacaq. Nəzərə alsaq ki, K.Sxadadze uzun illərdir klubun sükanı arxasındadır, onun ayrılacağı xəbəri sizdə ruh düşkünlüyü yaratmır?
- Komandada hər şey qaydasındadır. Hələ heç kim bu haqda düşünmür. Biz hər oyun meydana qələbə qazanmaq üçün çıxırıq. Bizim üçün vacib olan “İnter”in uğurlarıdır. Baş məşqçinin kimliyindən asılı olmayaraq, öz oyunumuzu oynayacağıq.
- Milli komandamızın yeni baş məşqçisi Robert Prosineçki də bu oyunu izləyirdi. Deyilənə görə, milliyə dəvət ediləcək futbolçular arasında sənin də adın olacaq.
- Əgər o siyahıda mənim də adım olacaqsa, buna görə çox sevinərəm. Hər zaman özümü klubumda sübut etməyə çalışıram ki, milli komandanın heyətinə düşə bilim.
- Robert Prosineçki ilə bu barədə söhbətiniz olub?
- Onun oyunlarımızı izlədiyini bilirdim. Amma milli komandaya dəvət olunub-olunmayacağım barədə məlumatım yoxdur. Prosineçki ilə bu barədə söhbət etməmişik. Azərbaycan millisinə dəvət alsam, mənim üçün şərəf olacaq. Bunun üçün çox çalışıram.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib