"Sxadadzenin gedişi bizə çətinlik yaradacaq" - Asif Məmmədov

"Sxadadzenin gedişi bizə çətinlik yaradacaq" - Asif Məmmədov
MÜSAHİBƏ 26 Yanvar 2015 / 19:15 5619
-  A +

“İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi

- Əvvəlcə “İnter”in Antalya toplanışı haqda danışaq.

- Hazırlığımız yüksək səviyyədə keçdi. Bir neçə yoldaşlıq oyunu keçirdik. Hazırlıq prosesində tədricən irəliləyiş hiss olunurdu.  Ancaq təəssüf ki, ayağımdan zədə aldım.

- Altı yoxlama oyunu keçirdiniz. Bu görüşlərdə komandanız özünü necə göstərdi?

- Demək olar ki, rəqiblərimizin hamısı səviyyəki komandalar idi. Ən zəif rəqibimiz Türkiyənin aşağı liqasında mübarizə aparan  “İnegölspor” klubu idi. Ancaq bu komanda da yaxşı təsir bağışladı. Bütün oyunlarımız yüksək səviyyədə keçdi. Altı görüşdən 4-də qalib gəldik, 2 oyunda isə heç-heçə etdik. Yəni uduzmadıq. Son üç yoxlama oyununda iştirak edə bilmədim. Zədəmlə bağlı Bakıya gəldim.

- İndi durumun necədi?

- Bakıya qayıtdıqdan sonra məşq edə bilmirdim. Ancaq indi ayağımda ağrı yoxdu. Yəqin ki, sabahdan fərdi məşqlərə başlayacam. “Sumqayıt”la oyunu buraxacağım dəqiqdir.

-  Futbol ictimaiyyəti “Qarabağ”ı çempionluğa ən real namizəd sayır. Bu, sizi qıcıqlandırmır ki?

- “Qarabağ” öz oyunu ilə seçilən komandadır. Ancaq “İnter” və digər rəqiblər də zəif deyil. Çempionluğa “Qarabağ”la yanaşı “İnter” və “Neftçi” də namizəddir. Bunu zaman göstərəcək. İndidən nəsə demək tezdir. Məncə, çempionatın sonu çox maraqlı keçəcək. Qeyd etdiyim üç komanda çempionluq uğrunda gərgin mübarizə aparacaq.

-  “Qarabağ”ıa aranızda 5 xal fərq var. Rəqibinizin oyununu nəzərə alsaq, bunu böyük xal fərqi adlandırmaq olar?

- Buna nə az, nə də çox demək olar. Çünki “Qarabağ”la xal fərqini aradan qaldırmaq imkanımız çox olacaq. Eyni zamanda bunun çətinliyini də bilirik. Qarşıda 16 oyun var. Bu baxımdan beş xal fərq elə də çox deyil. Çalışıb mübarizə aparacağıq.

- Yeni transferləriniz haqda nə düşünürsən?

- Əfran İsmayılovu hamı yaxşı tanıyır. Milli komandamızın üzvüdür. Bizə faydalı olacağı şübhəsizdir. Ruben Şaken isə “Feyenoord”dan gəlib. Belə klubun futbolçusu da “İnter” üçün xeyirli olmaldır.

- Kaxaber Sxdadze Gürcüstan millisə baş məşqçi təyin olunduqdan sonra mövsümün sonunda “İnter”dən gedəcəyini açıqladı. Bu, komandanıza necə təsir edib?

- Uzun illərdir ki, Kaxaber Sxadadzenin rəhbərliyi altında oynayıram. Məmin üçün bu mütəxəssislə çalışmaq çox rahatdır. Hamımız bilirik ki, o, bizdən nə tələb edir. Sxadadze 7 ilə yaxındır ki,  “İnter”i çalışdırır. Futbolçu kimi yetişməyimdə onun böyük rolu olub. Mənə çox şey öyrədib. Ona görə də Sxadadzenin  gedişi bizə çətin olacaq. Lakin qərarına hörmətlə yanaşırıq. Hər halda irəli getmək üçün bu qərarı verməli idi.  

- Sxadadzenin gedişi “İnter”ə zərbə olacaq?

- Əlbəttə. Ancaq baş məşqçi dəyişikliyi  təkcə “İnter”də yox, bütün komandalarda çətinlik yaradır. Yeni gələn məşqçinin hansı oyun sistemini seçəcəyini bilmirik. Hər halda “İnter”in uğurlarının səbəbi
Kaxaber Sxadadzenin uzun illər bu komandanı çalışdırmasıdır.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu