"Qarabağ"ın futbolçusu Cavid Tağıyev Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.
- “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışı necə gedir?
- Hər şey öz qaydasındadır. Hazırlıq prosesi normal gedir. Bir neçə yoldaşlıq oyunu da keçirdik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirib, milli çempionata yaxşı hazırlaşmağa çalışırıq. İstəyirik ki, Premyer Liqa oyunlarında heç bir çətinliyimiz olmasın.
- AZAL-dan sonra özünü “Qarabağ”da necə hiss edirsən?
- Çox böyük dəyişiklik yoxdur. Hər iki klub eyni çempionatda mübarizə aparır. Düzdür, “Qarabağ” AZAL-da fərqli olaraq hər il çempionluğa oynayan klubdur. Bundan başqa böyük bir fərq yoxdur.
- Bir çox məşqçilərlə işləmisən. Hazırkı baş məşqçin Qurban Qurbanovun digərlərindən fərqi nədədir ?
- İşlədiyim məşqçilər sırasında yaxşıları çox olub. İstər Vaqif Sadıqov, istər Əsgər Abdullayev çox gözəl insanlar idi. Qurban Qurbanovun “Qarabağ”a gəlməmişdən öncə də yaxşı insan olduğunu eşitmişdim. Bura gəldikdən sonra buna bir daha şahid oldum. Öz işinə peşəkar yanaşan bir baş məşqçidir. Bizimlə də çox gözəl ünsiyyət qurmağı bacarır. Hər bir futbolçuya eyni gözlə baxır. Onun bu xüsusiyyətləri bizə də kömək olur.
- Karyeran ərzində işlədiyin baş məşqçilərdən ən tələbkarı hansı olub?
- Demək olar ki, işlədiyim baş məşqçilərin hamsı tələbkar olub. Onları ayırmaq istəməzdim. Amma oyun ərzində ən çox çılğın olan Vaqif Sadıqov idi. Həmişə kənardan tapşırıqlarını çılğın şəkildə verirdi. Vaqif Sadıqovun mənim bu səviyyəyə çatmağımda əməyi böyükdür.
- “Qarabağ”ı karyeranın zirvəsi hesab etmək olarmı? Yoxsa, daha böyük iddiaların var ?
- Bu klubda oynadığım üçün özümü çox xoşbəxt hiss edirəm. Amma qismət olsa, Avropada da oynamaq istərdim. Azərbaycanda isə inanmıram ki, “Qarabağ”dan başqa bir klubda oynayım. Bacardığım qədər çalışacam ki, yalnız bu komandanın bir parçası olum. “Qarabağ”da səviyyəli legionerlər də çoxdur. Reynaldo, Çumbinyo, Riçard Almeyda və digərləri ilə oynamaq çox asandır.
- Adını çəkdiyin legionerlərdən sənə öz oyununu qurmaqda ən çox yardımçı olan hansıdır ?
- Demək olar ki, hamısı ilə oynamaq çox rahatdır. Məncə, sol cinahda oynadığım üçün mənə ən çox kömək edən futbolçu kimi Çumbinyonu deyə bilərəm. O, gözəl qol epizodları yaratmaq qabilliyətinə malikdir.
Ergün SEYİD,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib