“Qarabağ”ın brazilyalı hücumçusu Reynaldo Silva Qol.Az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.
- İlk öncə Antalyadakı hazırlıq prosesi barədə danışmağını istərdim.
- Antalyadakı düşərgəmizdə ab-hava əladır. Hər şey istədiyimiz kimi davam edir. Məşqlərdə əlimdən gələni edib, formamı bərpa etməyə çalışıram. Əsas məqsədim milli çempionatda özümü ən yaxşı səviyyədə göstərməkdir.
- Artıq zədəni sağaltdığını nəzərə alsaq Premyer liqanın 3-cü dövrəsi üçün nə düşünürsən ?
- Çox sevinirəm ki, zədədən sonra meydana döndüyüm ilk oyunda (İsveçrə “Sürix”i ilə yoxlama oyunu (1:1) nəzərdə tutulur – red.) qol vurmağı bacardım. Hazırlıq prosesində və yoxlama matçlarında da çalışıram ki, keçən ilki formama yaxınlaşım. Məqsədim yenə də ən yaxşı oyunlarımı sərgiləyib çempion olmaqdır.
- “Qarabağ”ın Avropa Liqadasındakı vacib oyunlarını kənardan izləmək sənə necə təsir göstərirdi?
- Təbii ki, komandamın yanında ola bilməmək məni məyus edirdi. Amma komanda yoldaşlarım yaxşı oyun sərgilədilər. Buna görə onları təbrik etmək lazımdır. Təəssüf ki, hakimin bir səhvi bizim növbəti mərhələyə çıxmağımıza mane oldu. Oynaya bilməyib ən çox üzüldüyüm qarşılaşma da “İnter”lə Bakıdakı Avroliqa matçı oldu. Bu oyunda stadionda çox gözəl atmosfer vardı. Həm də bu, komandamızın ən vacib matçı idi.
- Bəzi qarşılaşmalarda ötürmə etməyib, fərdi oyuna üstünlük verməyin azarkeşlərin narazılığına səbəb olur.
- Mən həmin epizodlarda qol vursaydım, heç kim bu iradları tutmazdı. Amma oyun ərzində hər şey elə sürətli baş verir ki, yanında kimin olub-olmadığını görə bilmirsən. Bizim əsas məqsədimiz qapıçı ilə üz-üzə gələndə qol vurmaqdır. Lakin həmişə hər şey sənin istədiyin kimi alınmır.
- Qarşına qoyduğun hədəflər nədən ibarətdir?
- Əsas məqsədim komandamın yenə çempion olmasıdır. Təbii ki, hücumçu olaraq özümü yaxşı tərəfdən göstərmək və vurduğum qollarla bu yolda klubuma kömək etmək istəyirəm. Yenə də ən önəmlisi “Qarabağ”ın uğurlarıdır.
- Bu mövsümün Avroliqanın qrup oyunlarına qədər Azərbaycana gəlmiş ən səviyyəli hücumçulardan biri hesab olunurdun. Ancaq qolçuluq bacarığını qitə miqyaslı yarışda nümayiş etdirə bilmədin.
- Mənə elə gəlir ki, çox da geriləməmişəm. Əvvəlki kimi yenə də özümü yaxşı tərəflərdən göstərə bilirəm. Vacib oyunlarda qol vurmağı bacarmışam. Doğrudur, Avropa Liqasında qol vura bilmədim. Bu da hər bir futbolçunun karyerasında ola bilər. Çalışacam ki, səhvlərimi düzəldib vurduğum qollarla azarkeşləri sevindirim.
- Azərbaycan milli komandasında oynamaq firkin qalırmı?
- Ən böyük hədəfim “Qarabağ”da yaxşı oyun sərgiləməkdir. Öncə komandamın uğurları üçün çalışmalıyam ki, hamının etimadını doğruldum. Bundan sonra hamı razılığa gəlsə, Azərbaycan milli komandasında oynamaq istəyərəm. Belə təkliflərin olması mənə əlavə stimul verir.
- Heç olubmu ki, karyeranı “Qarabağ”da bitirmək haqda düşünəsən?
- “Qarabağ” mənə zamanında qucaq açmış komandadır. Hər şey əvvəlki kimi getsə və davamlı yaxşı oyun sərgiləyə bilsəm, qalmaq istəyərəm. Əsas odur ki, komandanın mənə olan münasibəti hər zaman belə qalsın. Bunun üçün də gərək hər zaman yaxşı oyun sərgiləyəm.
- “Qarabağ”ın qazandığı uğurlardan sonra komandadan istəklər artacaq. Bu məsulliyəti öz üzərində hiss edirsən?
- Bizdən gözləntilər həmişə böyük olub. Biz də bu məsuliyyəti hiss edirik. Çalışacağıq ki, azarkeşlərin etimadını doğruldaq.
Ergün SEYİD,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib