Fransanın idman portalı Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqdan yazıb.
Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, məqalədə Bakının Avropa Oyunlarına ciddi hazırlaşdığı, Avropa Oyunlarının təntənəli açılışına 147 gündən az müddət qaldığı qeyd olunur.
Portal Avropa Oyunlarının tərəfdaş şirkətləri haqqında da məlumat verir. Yanvarın 15-də “Bakı-2015” Avropa Oyunları təşkilatçılarının Coca-Cola şirkəti ilə əməkdaşlığa dair yeni müqavilə bağlaması, bu Amerika şirkətinin Avropa Oyunlarının təşkilat komitəsi ilə birgə əməkdaşlığa dair müqavilə bağlayan yeddinci tərəfdaş olduğu diqqətə çatdırılır.
Coca-Cola-dan əvvəl altı milli və beynəlxalq şirkətlə - “Azərbaycan Hava Yolları”, BP, Nar Mobile, PG, SOCAR və Tissot ilə artıq əməkdaşlıq barədə razılıq əldə edildiyi vurğulanan məqalədə bu şirkətlərin Avropa Oyunları ilə bağlı müxtəlif funksiyaları yerinə yetirəcəkləri qeyd olunur.
Portal qeyd edir ki, Coca-Cola şirkəti ilə əldə olunan müqaviləyə əsasən, şirkət idman tədbirləri zamanı tamaşaçıları sərinləşdirici içkilər və mineral sularla təmin edəcək, Azərbaycan bazarına Avropa Oyunlarının təsvir olunduğu məhsullar çıxaracaq.
Avropa Oyunlarının açılışından əvvəl və idman yarışlarının gedişi zamanı möhtəşəm mədəni tədbirlərin keçiriləcəyi xüsusi vurğulanan məqalədə səhnə ulduzlarının, 2011-ci ildə keçirilmiş “Eurovision“ mahnı müsabiqəsi qaliblərinin və digər müğənnilərin çıxış edəcəkləri haqqında məlumat verilir.
Məqalədə həmçinin üzərində “Od qoruyucuları“ sözləri yazılan qırımızı idman köynəyində 12 min 500 könüllünün yarışlarda iştirakı ilə bağlı müraciətlərin artıq təşkilat komitəsinə ünvanlandığı bildirilir.
Sonda “Bakı-2015” Avropa Oyunlarının yalnız Odlar Yurdunun deyil, həm də dünyanın idman həyatında mühüm hadisə olacağı diqqətə çatdırılır.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov