İlqar Qurbanov: “İsmayıl Kartal o zaman da “Fənər”in baş məşqçisi olsaydı, mən indi həmin klubun əsas komandasında oynayardım”
Hazırda komandası “Qarabağ”la Türkiyənin Antalya şəhərində hazırlıq prosesində olan İlqar Qurbanov Qol.Az saytına müsahibə verib.
- İlk öncə Antalyadakı təlim-məşq prosesindən danışaq. Hazırlığın gedişatı haqda fikirlərin necədir?
- Əla. Gündə iki məşq edirik. Komandamız artıq öz oyununu tapmağa başlayıb. Bir yoxlama matçı keçirmişik. Bu gün də ikinci oyunumuz olacaq. Mən də çalışacam ki, bu hazırlıqlardan maksimum istifadə edib öz formamı bərpa edim.
- Komandada zədəli braziliyalıların yoxluğu hiss olunurmu ?
- Deməzdim ki, onlar olmadan bizim oyunlarımız alınmır. Birinci dövrədə demək olar ki, braziliyalı legionerlərin hamısı zədəli idi. Amma biz yenə də öz oyunumuzu oynadıq. Ümumiyyətlə, “Qarabağ” bir oyunçuya bağlı komanda deyil. Hər bir zədəli futbolçumuzu layiqincə əvəz edəcək oyunçularımız var.
- Bir zamanlar sən Azərbaycanın ən ümidverici futbolçularından idin. İstənilən oyunu sərgiləyə bilməməyinə nə mane oldu?
- “Xəzər Lənkaran”da oyunum pis alınmadı. Daha sonra yenidən Türkiyəyə qayıtdım. Düşünmürəm ki, karyeram uğursuz alınıb. İndi futbol başqa cürdür. Futbolçular arasında elə də böyük səviyyə fərqi yoxdur. Hamı komanda üçün oynayır. Mən də bacardığımı etdim ki, hər şey yaxşı alınsın. Azərbaycandan kənarda da oynadım. Uğurlu çıxışlarım da oldu, bəzi səhvlərim də. Bu gün “Qarabağ”da oynamaq şansı əldə etdikcə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Mən hər zaman öz üzərimdə işləyən futbolçuyam. Həmişə vahid komanda sisteminə uyğun oynamağa çalışıram. Onu de deyim ki, hər şey düşündüyüm kimi olmadı. Əvvəllər hücumda oynayırdım, indi isə müdafiədə. Bu gün “Qarabağ” kimi böyük bir klubda çıxış edirəm. Özünü sübut etmək üçün çox oynamalısan. Mən də, artıq qeyd etdiyim kimi, oynamaq imkanı qazandıqca özümü yaxşı tərəfdən göstərməyə çalışıram.
- Bir vaxtlar əvəzedici heyətinin kapitanı olduğun “Fənərbaxça” ilə əlaqələrin qalıbmı?
- Bəli, hamı ilə əlaqəm var. İmkan olduqca aşağı yaş qruplarının məşqçiləri ilə də görüşürəm. Ora azərbaycanlı futbolçu aparanda mənimlə əlaqə saxlayıb maraqlanırlar. “Fənərbaxça”nın hazırkı baş məşqçisi İsmayıl Kartalla tez-tez telefonla danışırıq. Mənim orda yaxşı günlərim olub.
- Elə isə niyə “Fənərbaxça”nın əsas komandasına düşə bilmədin?
- Mənim orada olduğum müddət pis vaxtlar idi. Kristof Daum gənc futbolçulara heç vaxt şans vermirdi. Nəinki mən, heç Semih Şəntürk kimi futbolçu da əsas komandaya düşə bilmirdi. Amma İsmayıl Kartal o zaman da “Fənər”in baş məşqçisi olsaydı, mən indi həmin klubun əsas komandasında oynayardım. Deyə bilərəm ki, həmin dövr mənim üçün şansızlıqla daha çox yadda qaldı.
- Milli komandamızın yeni baş məşqçisi Robert Prosineçki də oyunları izləyir. Ondan milliyə dəvət gözləyirsənmi?
- Dəvət göndərsə, məmnuniyyətlə oynayaram. Mən də milli komandamızın uğurları üçün çalışmağı çox istəyirəm. Əsas olan yığmamızın yaxşı oyun sərgiləməsidir. Robert Prosineçkinin uğur qazanacağını düşünürəm. Çünki hər bir futbolçu ilə yaxından maraqlanır, oyunları izləyir. Onu Türkiyədən də tanıyırdım. Bizim mentalitetə uyğun bir insandır. Futbolçularla səmimi münasibət qurmağı bacarır. Əgər kimisə milliyə dəvət etməsə belə, ona qarşı heç kim kin saxlamaz. Ona uğurlar arzulayıram.
- Amma razılaşaq ki, “Qarabağ”da çox vaxt ehtiyatda olmağın milliyə dəvət edilməyinə mane ola bilər.
- Razıyam. Ona görə də öncə klubumun heyətində özümü sübut etməliyəm. Hələ 28 yaşım var, millidə oynamağı çox istəyirəm. Bununla belə, milliyə çağırılmasam belə, komandamızın uğurunu görmək istəyirəm.
- “Qarabağ”ın qazandığı uğurlardan sonra klub rəhbərliyinin siz futbolçulara münasibətdə tələbləri artmayıb?
- Biz ümumiyyətlə, “Qarabağ” adının nə qədər məsuliyyətli olduğunu dərk edirik. Etiraf etmək lazımdır ki, bu gündə hamının diqqəti bizdədir. Rəhbərlik də həmişə bizə güvənib. Uğursuzluğum olanda belə buna səbrlə yanaşıblar. Həm də bu etimadın nəticəsində “Qarabağ” bu gün yüksək səviyyədə çıxış edir. “Qarabağ” rəhbərliyinə təşəkkür edirəm ki, biz futbolçulara qarşı səmimi və mehribandırlar. Belə insanlarla çalışmağı hamı istəyər. Çünki inam olan yerdə, uğur da olacaq.
Ergün SEYİD,
Antalya
"İmişli"də ayrılıq
PFL Zubirə təşəkkür etdi
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu