Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışından olan hakimlərimizdən Əliyar Ağayev Qol.Az saytına müsahibə verib.
- İlk öncə Antalyadakı hazırlıq prosesi haqqında danışaq.
- Bu hazırlıq prosesi artıq ənənəvi hal alıb. İldə iki dəfə olmaqla yeni mövsümün əvvəli və qış fasiləsində klublar kimi biz də çempionata hazırlaşırıq. Hazırlıq prosesi yüksək səviyyədə gedir. Bundan başqa dərslər zamanı səhvlərimizi müzakirə edirik. Bu da inkişafımıza təkan verir. Həmçinin fiziki hazırlığımızın yaxşılaşdırılması üçün də məşqlərimiz olur. Bütün bunlar gələcəkdə idarə edəcəyimiz oyunlarda bizim üçün xeyirli olacaq.
- Bu təlim-məşq toplanışlarının hansı müsbət cəhətləri idarə etdiyiniz oyunlarda özünü göstərir?
- Keçirdiyimiz hər bir hazırlıq prosesindən sonra dəyişikliklər olur. Bu toplanışlarda istər Hakim-İnspektorlar Komitəsinin sədri, istərsə də təcrübəli hakimlərlə fikir mübadiləsi aparılır. Bəzi məsələlər var ki, bunlar üzərində müzakirələr zamanı müxtəlif fikirlər və ideyalar ortaya çıxır. Bu hazırlıq prosesi zamanı hər kəs öz tövsiyələrini verir və futbolumuzun inkişafı üçün daha yaxşı olan qərarlar qəbul edilir.
- Azərbaycan hakimləri niyə beynəlxalq arenada az oyun idarə edirlər?
- Düzdü, “böyük beşlik” ölkələrinin hakimləri qədər uğur qazana bilməmişik. Amma yerli hakimlərimiz heç də Avropa referilərindən geridə qalmırlar. Bizim Premyer Liqanın səviyyəsi hər il artır. Biz hakimlər də çalışırıq ki, inkişafdan geridə qalmayaq. Çempionatın səviyyəsinin yüksəlməsi biz hakimlərə həvalə olunan beynəlxalq oyunların keyfiyyətində də sözünü deyir. İndi UEFA azərbaycanlı hakimlərə daha məsuliyyətli oyunlara təyinat verir. Özümüzü yaxşı tərəfdən göstərməyimiz üçün sadəcə vaxt lazımdır.
Unutmayaq ki, “böyük beşlik” ölkələrinin çempionatlarını idarə edən hakimlərlə bizimkilər eyni səviyyədə ola bilməzlər. Həm də onlar FİFA hakimliyi lisenziyasını qazananda 3-cü qrupdan yox, 2-ci qrupdan başlayırlar. Bu da onlar üçün əlavə üstünlükdür. Amma bizim futbolumuz da inkişaf edir. Artıq hər il Avropa Liqasının qrup mərhələsində oynayan, ən azı pley-offda mübarizə aparan klublarımız olur. Çempionatın səviyyəsi artdıqca da hakimlər öz üzərində daha yaxşı işləməyə məcbur olurlar.
- Hakimlərin Antalyada keçirilən dərslərinin birində oldum. Referilərimizin çempionatımızın oyunları zamanı qəbul edilən 23-cü mübahisəli epizodda fikirləri haçalandı. Sonrakı müzakirədə isə yalnız bir epizodda bütün hakimlərin fikri üst-üstə düşdü.
- Əslində bu, normal haldır. Yəni çox hakimin hər hansı bir qərara birmənalı münasibət bildirməsi yaxşı olardı. Amma belə deyilsə, deməli, müəyyən boşluqlar var. Hər bir hakimin hansısa epizoda görə öz fikri ola bilər. Bu fikri əsaslandırmaq isə onun borcudur.
- Karyeranızda sizin üçün ən həyəcanlı oyun hansı olub?
- Açığı, məndə idarə edəcəyim hər oyundan öncə həyəcan olur. Amma ən həyəcanlı olduğum qarşılaşma kimi beynəlxalq arenada meydana çıxdığım ilk oyun olub. Ümumiyyətlə, işinə məsuliyyətlə yanaşan insanda həyəcanın olması təbiidir. Sadəcə, bu həyəcan start fiti çalınanda bitməlidir. Amma matç zamanı həyəcan olsa, bu, problemlər yaşada bilər.
- İdarə etdiyiniz oyunlarda sonradan peşman olduğunuz qərar vermisinizmi?
- Əgər bir oyunda səhv qərar verirsənsə, qarşılaşmadan sonra bunun videoyazısını görüb peşman olursan. Amma biz çalışırıq ki, buraxılmış səhvə görə matç zamanı deyil, bitdikdən sonra peşmançılıq hissi çəkək. Çünki həmin an buna reaksiya versən, hakimin səhvləri daha çox olar.
- Bəs, nəticəyə təsir edən səhviniz olub?
- Səhvlərim olub. Amma nəticəyə təsir edən bir səhvim yadıma gəlmir.
- İdarə etdiyiniz matçlar ərzində köməkçilərinizin qərarlarınıza müdaxilə etdiyi anlar olubmu?
- Bəli. Onların müdaxiləsi ilə qərarımı dəyişmişəm. Bir neçə qarşılaşma olub ki, fikirlərimiz üst-üstə düşməyib.
- Sizdən asılı olsaydı, futbolumuzun inkişafı üçün kimlərə “qırmızı vərəqə” göstərərdiz?
- “Qırmızı vərəqə” göstərməzdim. Çünki oyundan kənarda qalanlar daha çox səs-küy yaradarlar. Yəqin ki, ilk öncə onlara xəbərdarlıq edərdim. Bir sahənin inkişafı üçün orada ilk öncə birlik olmalıdır.
Ergün SEYİD,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib