"Qəbələ" klubunun yeni transferi Ruslan Fomin Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.
- "Qəbələ"yə keçidin haqda nə deyərdin?
- "Qəbələ"yə transfer olunduğum üçün çox şadam. Azərbaycan mənim üçün yeni ölkədir. Tezliklə ölkəyə və komandaya uyğunlaşmağa çalışacam.
- Bir neçə müddətdir komandanın düşərgəsində olsan da, "Qəbələ" ilə dünən müqavilə imzaladın...
- "Çernomorets"lə bəzi məsələləri həll etmək lazım idi. Hər şey istədiyimiz kimi dərhal həll olunmadı. Bəzi problemlər var idi. "Çernomorets"lə olan sözləşməmə xitam verilməsinə dair faksı alan kimi "Qəbələ" ilə müqavilə imzaladım.
- Təzminatı sən, yoxsa "Qəbələ" klubu ödədi?
- "Qəbələ"yə azad agent kimi keçdim. Sabiq komandamın maliyyə problemləri var idi. Bununla belə, bir-birimizin əlini sıxaraq, xoş münasibətlə yollarımızı ayırdıq.
- Bəs, niyə 6 aylıq müqavilə imzaladın?
- Ölkəni və şəhəri tanımağım, komandaya uyğunlaşmağım üçün vaxta ehtiyacım var. Çünki Azərbaycan mənim üçün yeni ölkədir. Əgər hər şey istədiyimiz kimi gedərsə, mövsümün sonunda müqavilənin müddətini uzada bilərəm.
- Mövsümün sonunda yenidən Ukraynaya qayıda bilərsən?
- Klub və azarkeşlərlə yaxşı münasibət olarsa, heç yerə getmərəm.
- Artıq bir neçə müddətdir ki, Antalyada "Qəbələ"nin düşərgəsindəsən. Yeni komandan haqda nə deyə bilərsən?
- İndiyə qədər gördüklərim məndə xoş təəssürat yaratdı. İlk gündən məni çox mehriban qarşıladılar. Dərhal burada səmimi insanların olduğunu anladım. Komandada məni demək olar heç kəs tanımırdı, ancaq çoxları təbrik etdi. Futbolçularla tanış olmağa başladım və gördüm ki, "Qəbələ"də Ruslan adlı oyunçular çoxdur.
- Yeri gəlmişkən, sən "Qəbələ" dördüncü Ruslan oldun...
- Qorxulu bir şey yoxdur (gülür). Buna müsbət baxıram. Ümumiyyətlə, kollektiv çox maraqlı və əyləncəlidir. Düşünürəm ki, bu komanda ilə uğur qazanmaq olar.
- Deyəsən, Ruslan adını tez-tez eşitməyə vərdiş deyilsən?
- Daha öncə bu qədər Ruslanla birgə oynamamışam. Mənim üçün gözlənilməz oldu. Bir komandada maksimum iki Ruslan oynayıb. Məşqlərdə baş məşqçi Ruslan deyə çağırdıqda, dərhal çevrilirəm ki, bəlkə, məni səsləyir.
- Sənin transferindən sonra "Çernomorets"dən "Qəbələ"yə gələnlərin sayı artdı...
- Çox deyil. Üç futbolçu və məşqçilər heyəti buradadır. Əgər komandada tək mən oynasaydım, çətin olardı. Çünki Azərbaycanı hələ tanımıram və orada özümü necə aparacağımı bilmirəm. Lakin düşünmürəm ki, tanış futbolçularla uyğunlaşmağımda hər hansı bir çətinliyim olsun.
Vüsal HÜSEYN,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib