"Rəvan"ın sabiq baş məşqçisi, hazırda Türkiyənin "Adanaspor" klubunu çalışdıran Güvənc Kurtar “Neftçi”nin Səudiyyə Ərəbistanın “Hacer” komandası ilə yoxlama oyununu canlı izləyib.
Türkiyəli mütəxəssis görüşdən sonra Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb
- Deyəsən, Azərbaycan futbolu üçün çox darıxmısınız.
- Mən bir müddət Azərbaycanda baş məşqçi kimi fəaliyyət göstərdim. Bu oyuna da dostlarımı görməyə və “Neftçi”nin heyətindəki bir çox oyunçuları izləmək üçün gəlmişəm. Bu komandada bəyəndiyim futbolçular var. İstərdik ki, həm də bir yoldaşlıq oyunu da keçirək.
- Bəyəndiyiniz futbolçular kimlərdir?
- Demək olar ki, “Neftçi”də bütün futbolçular yaxşı oyun sərgiləyir. Əsasən bizim ala biləcəyimiz oyunçulara baxıram. Samir Məsimov və Məqsəd İsayevin oyunu daha çox xoşuma gəlir. Amma ilk öncə klubların rəhbərləri ilə danışıqlar aparmalıyıq. Bizim əsas məqsədimiz azad agent statusu olan futbolçular almaqdır.
- “Adanaspor”a Azərbaycanın başqa hansı klublarından futbolçular cəlb etmək istərdiniz ?
- Başqa komandalarda da bəyəndiyim futbolçular var. Məsələn, “Simurq”da İlkin Qırtımov, “İnter”də Abdulla Abatsiyev çox bacarıqlı və fiziki cəhətdən yaxşı futbolçulardır. Amma çoxunun adını çəkmirəm. Çünki onlar bizim büdcəmizə görə deyil. Biz o futbolçuları transfer edə bilmərik. Götürək “Qarabağ”ı. Onlardan heç bir futbolçunu maddi baxımdan ala biləcək gücdə deyilik. Demək olar ki, bütün oyunçuları Avropa səviyyəsində olan futbolçulardır.
Məsələn, götürək Bədavi Hüseynovu. O, Türkiyənin dörd böyük klubundan birində oynaya bilər. “Eskişehirspor” Muarem Muaremi istəyib. Amma “Eskişehirspor” Bədavi Huseynov kimi futbolçuları ala bilməz. Onların qiyməti bahadır. “Qarabağ” türk xalqı tərəfindən çox sevilən bir komandadır. Bədavi Hüseynovu mən çox kluba tövsiyə etdim. Amma alınmadı. İnanmıram ki, bu gündən sonra da ala bilsinlər. Heç düşünmürəm ki, “Qarabağ” klubu da belə bir futbolçunu satsın. Hazırda bu komandadan futbolçu transfer etmək çox çətindir.
- Azərbaycan çempionatını izləyirsiniz?
- Bacardığım qədər yaxından izləməyə çalışıram. “Qarabağ”ın Avropa Liqasındakı oyunlarına da baxdım. Təəssüf ki, onların haqqını əllərindən aldılar. Ümumi götürdükdə Azərbaycan çempionatında rəqabət az olduğu üçün komandaların mübarizə əzmi də zəifləyir. Milli komandaya da cəmi 9 klubdan futbolçu seçilir ki, bu komandaların da çoxunda əcnəbi oyunçular üstünlük təşkil edir. Bu da Azərbaycan futbolunun inkişafına mane olur.
- Türkiyə birinci liqasında oynayan azərbaycanlı futbolçuların oyununu izləyirsiniz?
- Həmin futbolçular Türkiyədə özlərini yaxşı tərəfdən göstərirlər. Hamısını yaxından izləyirəm. Çox istərdik ki, burda azərbaycanlı oyunçuların sayı artsın.
Ergün SEYİD,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib