“Qəbələ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- Antalyada təlim-məşq toplanışının gedişi haqda fikirlərin necədir?
- Müsbət. Bizim üçün Antalyada yaxşı şərait yaradılıb. Davamlı şəkildə məşqlər edib çempionata yaxşı hazırlaşmağa çalışırıq.
- “Eskişəhərspor”la yoldaşlıq oyunu ilə bağlı nə deyə bilərsən ?
- Çox güclü komandaya qarşı mübarizə apardıq. Bizim üçün çətin oyun oldu. Komandamız iki gündür ağır məşqlər edirdi. Oyunda yorğunluq özünü göstərdi. Amma yaxşı mübarizə aprdıq. Qalib gələ bilməsək də, əsas çatışmazlıqları üzə çıxara bildik. Belə oyunlardan istifadə edib səhvlərimizi düzəltməliyik ki, çempionatda yaxşı nəticələr əldə edə bilək.
- Öz oyununu necə qiymətləndirirsən?
- Mən heç vaxt öz oyunuma qiymət verməmişəm. Məncə, bu suala məşqçilər cavab versələr, yaxşı olar.
- Qış fasiləsindən sonra fərqli “Qəbələ” görmək olacaqmı ?
- Komandamızın heyəti yaxşı futbolçulardan təşkil olunub. Çalışacağıq ki, əlimizdən gələni edib turnir cədvəlinin üst pillələrinə yüksələk. İlk üçlükdə qərarlaşsaq, bizim üçün yaxçı nəticə olar. Məşqlərimiz əsasən fiziki hazırlıqdan ibarətdir.
- “Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukla münasibətlərin necədir ?
- Onun hər bir futbolçuya xüsusi diqqəti var. Hamıyla yaxşı münasibət qurmağa çalışan biridir. İnanıram ki, komanda onun bu isti münasibətinin müsbət nəticələrini görəcək. O, fiziki və taktiki biliyini oyunçulara çox yaxşı şəkildə aşılayır.
- Onun çalışdığın digər məşqçilərdən fərqli hansı xüsusiyyətləri var ?
- Həqiqətən bir çox məşqçiylə çalışmışam. Amma Qriqorçukun futbol təfəkkürü fərqlidir. Bütün amilləri xırdalığına qədər oyunçulara başa salır. Sadəcə, uğur qazanmaq üçün onun dediklərini olduğu kimi əməl etmək lazımdır.
- Millinin baş məçqçisi Robert Prosineçki də Antalyada klubların oyunlarını izləyir. Səncə, milli komandaya dəvət almaq şansın varmı?
- Hər futbolçunun uğur qazanmaq öz əlindədir. Yaxşı oyun sərgiləyə bilsəm, milliyə dəvət alacağıma inanıram.
- “Xəzər Lənkaran”dan səni göndərdilər, yoxsa problemlərlə əlaqədar özün getmək istədin ?
- Bildiyiniz kimi, “Xəzər Lənkaran”da maliyyə problemləri oldu, komanda demək olar yenidən və əsasən gənclərdən təşkil olundu. Biz də onları çox yaxşı anladıq və oradan ayrıldıq. Komandada qalmağımla bağlı heç bir təklif olunmadı. Yəqin ki, qalmağımı özləri də istəmirdilər. Ona görə təklif də irəli sürmədilər.
Ergün SEYİD,
Antalya
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib