Bu gün "Bakı-2015" İlk Avropa Oyunlarının İtaliyada yayımlanmasını təmin edəcək yayım sazişinə imza atıb.
Qol.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, aparıcı yayım şirkəti olan "Sky İtalia" öz idman kanalları vasitəsilə Oyunların canlı yayımını və yarışlardan əsas məqamların yayımlanmasını, eyni zamanda, "Sky Go" vasitəsilə Oyunların geniş şəkildə işıqlandırılmasını təmin edəcək.
"Sky İtalia" TV stansiyası ölkədə müstəsna hüquqlarını təmin edib və İlk Avropa Oyunları ilə bağlı məlumatlılığı artırmaq və həyəcanı bölüşmək məqsədilə məşhur "Sky Sport 24" xəbər kanalı vasitəsilə Oyunların təbliğatını həyata keçirəcək.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, İlk Avropa Oyunlarının İtaliyada geniş şəkildə işıqlandırılmasını təmin etməyə dair sazişin "Sky İtalia" şirkəti ilə bağlanmasından olduqca məmnundurlar: “Qitənin idman sahəsində ən çox uğur qazanan ölkələrindən biri olan İtaliyanın "Bakı-2015" Avropa Oyunlarına qızıl medallar və qələbə uğrunda mübarizə aparmaq üçün çox güclü komanda göndərəcəyini gözləyirik”.
Əsası 2003-cü ildə qoyulmuş, ölkədə 4,7 milyon abunəçisi və 13 milyondan artıq tamaşaçısı olan "Sky İtalia" Avropanın ən nüfuzlu idman yayımı şirkətlərindən biri hesab edilir.
2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının yayımını həyata keçirmiş şirkət eləcə də ölkənin premyer futbol yarışı olan A Seriyasının, Bundesliqanın, UEFA Çempionlar Liqasının və Avropa Çempionatı seçmə mərhələləri oyunlarının yayım hüququnu özündə saxlayır.
"Sky İtalia" şirkətinin idman hüquqları, proqramlaşdırma və prodakşn üzrə direktoru Matteo Mammi deyib: “Birinci Avropa Oyunları bütün qitənin zövq alacağı möhtəşəm idman bayramı olacaq və biz ölkəmizdə Oyunların yayımını həyata keçirəcəyimiz üçün fəxr edirik. Bakıda 17 gün ərzində möhtəşəm yarışların keçəcəyinə və tamaşaçılarımız üçün yarışlardan ən yaxşı məqamları nümayiş etdirəcəyimizə böyük ümidlər bəsləyirik”.
İtaliyanın Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo əlavə edib: “İdman azarkeşlərinin İlk Avropa Oyunlarını İtaliyanın aparıcı teleyayım şirkəti, eyni zamanda, şirkətin onlayn və mobil platformaları vasitəsilə izləyə biləcəklərinə çox şadıq. Bu, idmançılarımız və milyonlarla azarkeşlərimiz üçün əla xəbərdir və əminəm ki, bu saziş "Bakı-2015" Avropa Oyunlarının İtaliyada uğurlu yayımına kömək edəcək”.
"Bakı-2015" Avropa Oyunlarının Kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib ki, beynəlxalq yayım satışı sürətlə davam edir və İlk Avropa Oyunlarının yayımını nəzərdə tutan bu sazişi "Sky Italia" kimi tanınmış televiziya kanalı ilə imzalamaq möhtəşəm xəbərdir. Saziş, öz növbəsində, Bakı 2015 üçün əlavə bir uğur olmaqla yanaşı, dünyanın qabaqcıl teleyayım şirkətləri tərəfindən Oyunlara artmaqda olan marağın təzahürüdür. Hazırda bir sıra müqavilələrin üzərində işləyirik və önümüzdəki aylarda Avropa ölkələrinə aid sazişləri elan edəcəyik”.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov