Milli komandamızın və “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Ağır qrafikli oyunlardan sonra necə istirahət edə bildin?
-Ailəmlə birlikdə Türkiyənin İstanbul şəhərində oldum. Hərdən oğlum Ərşadla məşq də edirdik. Çalışırdım ki, məşqə çox vaxt ayırım. Həm yaxşı dincəldim, həm də istirahət etdim.
- Təkcə İstanbulda oldun?
- Yox. Dostumla Dubaya da getdim. Ancaq orda cəmi 3 gün qaldım.
- Sosial şəbəkələrdə “Bentley” markalı avtomobillə şəklini paylaşmışdın. Belə məlumat yayılmışdı ki, Dubayda bahalı maşın almısan.
- (gülür) Dəvə ilə də şəkil çəkdirmişəm, indi deyəcəklər ki, dəvə almışam? Yaxud deyəcəklər ki, Vüqarın Novxanıda “obyekt”i var, dəvə qutabı satdırır, orda? Boş söhbətlərdir. Sadəcə, o maşın xoşuma gəldiyi üçün yanında şəkil çəkdirdim. Maşın almaq fikrim yoxdu. Bizi istəyənlər olduğu kimi istəməyənlər də var. Ona görə belə xəbərlrin yayılmağı təəccüblü deyil.
- Geridə qalan 2014-cü ilddən razı qaldın?
- 2014-cü ili həm yaxşı, həm də pis illərdən hesab etmək olar. Yaxşı tərəfi hamıya bəllidir. Pis olan isə odur ki, hakimin haqsızlığı ucbatından layiq olduğumuz Avroliqadan 1/16 final mərhələsindən kənarda qaldıq. Komandamız ötən il ərzində çox yaxşı çıxış etdi. Qazandığımız nəticələrdən əlavə həm də baxımlı oyunlarımızla yadda qaldıq. 2014-cü ildə bir daha göstərdik ki, biz kollektiv oyun sayəsində uğur qazanırıq.
- 2014-cü ili karyeranın ən yaxşı illərindən hesab etmək olar?
- Məncə, yaxşı qiymətləndirmək olar. Ancaq mənimlə bağlı da bir xoşagəlməz məqam oldu. Avroliqanın qrup mərhələsinin son oyununda - “İnter”lə çox vacib bir görüşdə zədə aldım. Hətta əsəbimdən ağladım da. Ancaq bu da bir qismətdir. Sevindirici haldır ki, həm çempionat, həm də Avroliqa oyunlarının çoxunda iştirak etdim. Əlimdən gələn qədər komandama kömək etdim.
- Yeri gəlmişkən, zədən necədir?
- İndi yaxşıyam. Həkimlər bildirdilər ki, hər şey qaydasındadır. İstanbulda olanda müntəzəm məşq edirdim.
- Ötən il bir sıra vacib qollar da vurdun. Onlardan hansı daha yaddaqalan oldu?
- Məncə, Avroliqanın qrup mərhələsində səfərdə “Sent Etyen”ə vurduğum qol digərlərindən seçildi. Həm baxımlı, həm də çox vacib qol idi. Yəqin ki, kimdən soruşsanız hamı bu qolu qeyd edərdi.
- Premyer Liqada əsas izləyiciniz “İnter”dən 5 xal öndə olmağınızı necə izah edərdin?
- Fərq daha böyük ola bilərdi. Hər şey bizdən asılı idi. Sadəcə zədəlilərimiz çox oldu. Ancaq hazırkı durumumuz da ürəkaçandır. Arxayınlaşmaq da olmaz. Qarşıdakı oyunlar daha ağır olacaq. Hər bir komanda irəli getməyə can atır. Komandaların əksəriyyəti yeni futbolçularla güclənib.
- Ancaq “Qarabağ”da hələ transfer yoxdu.
- Bizdə də olacaq.
- Avroliqanı tərk etməyiniz çempionatdakı işinizi yüngülləşdirəcək?
- Əslində Avroliqanı tərk etməyimiz bizə pis təsir etdi. Çalışırıq ki, onun təsirindən çıxaq. Ölkə prezidenti bizimlə görüşü əlavə stimul oldu, məsuliyyətimizi də artırdı. Bəli, indi bütün diqqətimizi çempionata yönəldəcəyik. Buna görə də fasilədən sonra azarkeşlərimiz bizdən daha yaxşı oyun gözləsinlər.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord