Bakının “İnter” klubunun yeni transferi Əfran İsmayılov Qol.Az saytına müsahibəsində paytaxt klubuna keçidindən, komandasının çempionluq mübarizəsindən və digər məsələlərdən danışıb.
- Əvvəlcə “İnter”ə keçidindən başlayaq. Bu komandanı seçməyinin səbəbi nə oldu?
- Bildiyiniz kimi, “Xəzər Lənkəran” rəhbərliyi komandanı gəncləşdirməyi düşündü. Bunu da əsas gətirərək mənimlə birlikdə əksər futbolçularla yolları ayırdılar. Dərhal “İnter”dən mənə təklif gəldi. Mən isə digər təklifləri də götür-qoy etdikdən sonra gördüm ki, “İnter”də oynamağım daha məqsədəuyğun olar. Ona görə də mövsümün sonuna qədər müqavilə imzaladım.
- Əvvəlki müsahibəndə ölkə xaricində oynamaq istədiyini bildirmişdin. Türkiyə klublarının şərtləri səni qane etmədi?
- Səbəbi tək şərtlərlə bağlı olmadı. Qış transfer dövründə xarici ölkəyə üz tutmaq istəmədim. “İnter” variantı hələ ki, məni qane edir. Yayda “İnter”lə müqaviləm başa çatacaq. O zaman yenidən Türkiyədə oynamaq variantını düşünəcəm.
- Yeni komandan “İnter” haqda nə deyə bilərsən?
- Komanda haqda danışanda ilk növbədə onun baş məşqçisi yada düşür. “İnter”i Kaxaber Sxadadze kimi bir mütəxəssis çalışdırır. O, Azərbaycanda sözünü demiş məşqçidir. Bunun nəticəsidir ki, Gürcüstan millisinin baş məşqçisi təyin olundu. Bildiyiniz kimi, “İnter” hər zamankı kimi bu mövsüm də çempionluğu qarşısına məqsəd qoyub. Hazırda komandamız ikinci pillədədir. Məhz bu amillərə görə “İnter”ə keçdim. Sevinirəm ki, belə güclü komandada çıxış edəcəm.
- Artıq üçüncü mövsümdür ki, çempionluq uğrunda əsas mübarizə “Qarabağ” və “İnter” arasında gedir. Onların sabit çıxışlarını nəzərə alsaq, demək olarmı, yenidən məhz bu iki komanda sona qədər mübarizə aparacaq?
-Turnir cədvəlinə nəzər salanda bunun şahidi oluruq. Mübarizə əsasən “İnter” və “Qarabağ” arasında gedəcək. Həm Qurban Qurbanov, həm də Kaxaber Sxadadze çox güclü məşqçidir. Ona görə də bu iki mütəxəssisin komandası sona qədər çempionluq uğrunda mübarizə aparacaq. “Neftçi”ni də unutmaq olmaz. Ümumiyyətlə, maraqlı oyunlar çox olacaq.
-“Qarabağ”a çatmaq çətin olmayacaq ki?
- Əsas odur ki, biz öz oyunumuzu düşünək. “İnter”in də özünəməxsus oyun üslubu var. Oyun ənənəmizi qoruya bilsək, xallarımızı qazanacağıq. “Qarabağ” yəqin ki, qaşıdakı oyunlarda xallar itirəcək.
- “Qarabağ”dan sonra “Bakı” və “Xəzər Lənkəran”da çıxış etdin. Lakin bu komandaların heç biri istənilən qədər çempionluğa iddialı olmadı. “İnter” isə onlardan fərqli olaraq çempionuğa oynayır. Bu mənada demək olarmı Əfan İsmayılov daha iddialı klubda daha inamlı oyunu ilə yadda qalacaq?
- Razıyam. Doğrudan da “İnter” hər zaman iddialı olub və ilk pillələrdə qərarlaşıb. Mən və komandaya qoşulan digər futbolçulardan da çox şey asılıdır. Əlimizdən gələni etməliyik ki, komandanın gücünə güc qataq. Çünki bizi buna görə “İnter”ə cəlb ediblər. Bu mənada oyunumda irəliləyiş olacaq. “İnter”in çempion olması üçün əlimdən gələni edəcəm. Baş məşqçidən çox şey asıldır. Sxadadze istənilən potensialı olan futbolçunu yaxşı formaya salmağı bacarır. Son vaxtlar oyunumda inkişaf var idi. “Xəzər Lənkəran”dan ayrılmağım oyunuma təsir etməyəcək. Çünki vaxtında “İnter”ə keçdim. Artıq sabahdan komandaya qoşulacam və məşqlərə başlayacam.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib