AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun Qol.Az saytına müsahibəsi
- Bu yaxınlarda Türkiyənin “Beşiktaş” klubunda oldunuz. Əvvəlcə Türkiyəyə səfəriniz haqda danışaq.
- Bəli, Pro kateqoriyası üçün Avrokuboklarda iştirak edən adlı-sanlı klublarda təcrübə toplamaq lazım idi. Bu təcrübə iki mərhələdən ibarətdir. Birincisi uşaq futbolunun inkişafı və qarşıya qoyulan tələblərdir. İkinci mərhələ isə əsas komanday aiddir. Mən birinci mərhələni keçdim. İkinci mərhələdə isə Avropanın aparıcı klublarından birində olacam. Danışıqlar gedir, yaxın günlərdə məsələ öz həllini tapmalıdır. "Beşiktaş" klubunun bazasında oldum. Klubun idman direktoru və koordinatoru ilə görüşdüm. Ətraflı söhbət etdik, komanda barədə bütün məlumatları aldım. Klubun bir neçə yaş qrupu üzrı komandalarının məşqlərində iştirak etdim. Məşqçilərlə görüşdük. Klubun strukturu ilə tanış oldum.
- AZAL-ın təlim-məşq toplanış haqda məlumat almaq istərdik.
- Yanvarın 5-də Bakıda məşqlərə başlayacağıq. Bir həftə sırf öz bazamızda məşq edəcəyik. Türkiyəyə getmək istəyirdik. Ancaq bu məsələ öz həllini tapmadı. Çalışırıq ki, heç olmasa fasilənin sonuna yaxın Gürcüstana yollanaq və orada bir yoxlama oyunu keçirik. Fiziki hazırlığımızı isə Qubada, yaxud da Qəbələdə keçirmək istəyirik.
- Türkiyədə təlim-məşq toplanışı keçməməyiniz AZAL-ın III dövrəyə hazırlığına təsir etməyəcək ki?
- Hər halda Bakıda da hazırlığımızı səmərəli keçirəcəyik.İlk növbədə birinci divizion klubları ilə qarşılaşacağıq. İkinci mərhələdə isə "Sumqayıt"la yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Yanvarın 20-25 aralığında isə Gürcüstanda bir sınaq matçı keçirəcəyik.
- Komandadan bir neçə futbolçu göndərildi. Heyətlə bağlı daha hansı islahatlar aparılacaq?
- Hazırda futbolçu axtarışındayıq. Təbii ki, gedənlər komandaya gələn futbolçulardan da asılıdır. Yəqin ki, göndərilənlər yenə olacaq. Gedən futbolçuların yerinə yeni futbolçular axtarışındayıq. Yaxın 1-2 gün ərzində bu haqda ətraflı biləcəksiniz. Bizim aşağı yaş qrupları üzrə komandalarımız var. Çalışıram ki, onların heyətindən də komandaya futbolçu cəlb edim. Ancaq başqa klublarımızdan da 1-2 futbolçu alacağıq. Artıq danışıqlar aparırıq.
- 2014-cü ildən razı qaldınız?
- Açığı, itirdiyimiz xallara görə 2014-cü ildən razı qalmadım. Bir neçə ev oyunumuzda qalib gəldiyimiz halda xalla itirdik. Buna görə çox təəssüflənirik. Ancaq hər halda komandamızda inkişaf olması məni sevindirdi. Nəticə baxımından isə razı qalmadım.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib