Azərbaycan milli komandasının və “İnter” klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun Qol.Az saytına müsahibəsi
- Birinci dövrədəki çıxışın haqqında nə deyə bilərsən?
- İlk beş turda oyunum yaxşı alındı, yaxşı qol ötürmələri verdim. Hazırda belə ötürmələrə görə birinci yerdəyəm. Sonrakı turlar oyunum istənilən səviyyədə alınmadı. Bunun nəticəsi olaraq sonrakı turlarda cəmi bir oyunda və ikinci hissədə meydana çıxdım.
- Nə baş verdi ki, əvvəlki oyununu itirdin?
- Heç özüm də bilmirəm. Ancaq hər həlda nələrsə baş verdi ki, oyunumu tapa bilmirdim.
- Bəlkə psixoloji gərginlik keçirmisən?
- Bunu hiss etməmişəm. Görünür, baş məşqçi zəif oynadığımı görür, ona görə də mənə daha əvvəlkitək güvənmir. Bu, məşqçinin qərarıdır və mən ona hörmətlə yanaşıram. Nə vaxt şans versə, o zaman bunu lazımınca dəyrləndirəcəm. İnşallah ikinci dövrədə çalışacağam ki, əsas heyyətdəki yerimi bərpa edim.
- Ehtiyatda qaldığına görə komandaya qarşı incikliyin var? İkinci dövrədən başqa kluba keçmə ehtimalı nə qədərdir?
- Mənim elə yaşım deyil ki, oturub səbirlə gözlüyüm. Arada çılğınıydım, buna görə özümü qınayırdım. Ancaq hər bir halda öz vaxtını gözləməlisən. “Karvan”la oyunda baş məşqçimiz ikinci hissə mənə şans verdi. Həmin oyunda qol pasını verdim. Pis oyun nümayiş etdirmədim. Oyundan sonrada məşqçilər də bunu mənə söylədilər. O ki qaldı komandadan ayrılmaq məsələsinə, xeyr, “İnter” klubundan ayrılmaq fikrim yoxdur. Bu yaxınlarda müqaviləmi daha bir il müddətinə artırdım. Mənim üçün bu komandada oynamaq rahatdır.
- «İnter»in birinci dövrədəki çıxışı haqqında nə deyə bilərsən?
- Yaxşı oynadıq. İndi bizim çenmpion olmaq şansımız daha da çoxdur. «İnter» yaxşı kopmpekləşmiş bir komandadır, fikrimcə, bu heyətlə çempion ola bilərik.
- «İnter» heyətində ən çox legioner olan ölkə klublarındandır. Yerli futbolçu olaraq sənin legioner çoxluğuna münasibətin necədir? Bunların ölkə futboluna nə kimi xeyiri və zərəri var?
- Mən mütəxəssis olmadığıma görə buna münasibət bildirməyim elə yaxşı alınmaz. Ancaq subyektiv fikrimcə, əlbəttə, istərdim ki, daha çox öz yerli futbolçularımıza üstünlük verilsin. Ancaq nə etmək olar ki, bu futboldur. Onu da deyim ki, klubda əsas heyətə düşməyən futbolçudan milli komandada yüksək səviyyəli oyun gözləmək sadəlövhlük olardı.
- «İnter»də futbolçular arasında münasibət necədir?
- Biz peşəkar futbolçu olduğumuz üçün bir-birimizlə yaxşı anlaşırıq. İndiyə kimi komandada futbolçular arasında heç bir xoşagəlməz hal olmayıb.
- Berti Foqtsun milli komandanın oyunçularının öz klublarında ehtiyatda oturmalarına münasibəti necədir?
- Şəxsən mənimlə bu haqda söhbəti olub. Sual verir ki, bəs niyə oynamırsan? Ona da eyni cavabı verirəm ki, heç özüm də bilmirəm. Yəqin ki, bunu Valentin Xodukin bizdən daha da yaxşı bilir.
- Milli komandada futbolçular Foqtsun tələblərini yerinə yetirə bilir?
- Səmimi deyim ki, hamısını yox. Biz futbolçular məşqçinin istədiklərini maksimum yerinə yetirə bilmirik. Ancaq çalışırıq ki,nəsə edək.
- Qarşıda komandanızı “Birlik kuboku” yarışı gözləyir…
- Bizim klublardan “Neftçi” və “Xəzər-Lənkaran” həmin kuboku qazana biliblər. Ancaq sonra ölkə çempionatında elə də yaxşı oyun nümayiş etdirə bilmirlər, buna müəyyən dərəcədə oyunçuların yorğunçuluğu da səbəb olur. Bu mənada, istəməzdim ki, bütün gücümüzü «Birlik kuboku»na sərf edək. Çünki bizi ikinci dövrə çətin oyunlar gözləyir. Sadəcə olaraq, «Birlik kuboku» hazırlıq mərhələsi kimi yaxşı turnirdir.
- Komandanız bu yarışa nə dərəcədə önəm verir?
- Bu barədə heç nə deyə bilmərəm. İndi komanda istirahətdədir. Yanvarın 3-ü bir araya gələcəyik, Antalyaya, oradan isə Moskavaya yollanacağıq. Başqa sözlə, hələlik «Birlik kuboku» haqda heç bir söhbət olmayıb.
- Necə fikirləşirsən, baş məşqçi “Birlik kuboku”nda sənə əsas heyətdə oynamağa şans verəcək?
- Söhbət heç də əsas heyətdən getmir. Sadəcə olaraq, bir şans versin, mən də yaxşı oyunumla özümü sübut edim.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər