İdman Araşdırmaları Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, 2014-ün ilin ən yaxşı futbolçusu adını “Qarabağ” klubunun futbolçusu Qara Qarayev qazanıb.
Milli komandamızın üzvü bununla bağlı Qol.Az saytının sullarını cavablandırıb
- İlk öncə qazandığın mükafatla bağlı təəssüratlarını öyrənək...
- Mən bunu mükafat yox, böyük məsuliyyət kimi qəbul etmişəm. Bu gün Azərbaycan jurnalistləri məni ilin futbolçusu seçməklə məsuliyyətimi birə-beş artırmış oldular. Bu ad mənim gələcək işlərimə böyük stimul olacaq. Çalışacam ki, mənə verilən bu qiymətə layiq olduğumu göstərim.
- Bu mükafat 2014-cü ildəki çıxışlarına verilən qiymətdir. Qazanılan uğuru təkrarlamaq həmişə çətin olur. Növbəti ildə də bu uğura nail olmağı hədəf seçmisən?
- Bəli, buna görə də mənə verilən bu adı üzərinə qoyulan məsuliyyət kimi qiymətləndirirəm. İndi daha fərqli olmalıyam. İstər meydandakı oyun, istərsə də media ilə münasibət bir qədər də yaxşılığa doğru dəyişməlidir. Yəni bir məsuliyyəti üzərimə götürdüm. Hər halda daim əlimdən gələni edirəm ki, özümü ən yaxşı tərəfdən göstərim.
- İlin futbolçusu seçilməyin gözlənilməz olmadı ki?
- Çox istəyirdim ki, bu mükafatı alım. Həqiqətən belə bir arzum var idi. Ancaq bu mükafat mənim üçün gözlənilməz oldu. Çempion olduqdan sonra ən sevincli anımdır.
- Doqquz nominasiyadan 5-nin qalibi “Qarabağ”la bağlı oldu.
- Komandamızın əksər nominasiyaların qalibi olmağı sevindirici haldır. İndi komanda şəklində də məsuliyyətimiz artacaq. Çünki hər birimiz görürük ki, “Qarabağ”dan gözləntilər böyükdür. Hər bir futbolçumuz bunu dərk edir. Elə 2014-cü ildə qazandımız uğurlar da bunun nəticəsidir.
- Milli komandamızın ən yaxşı futbolçusu adına da əsas namizədlərdənsən.
- Bütün həmkarlarım da deyir ki, millidə yaxşı il keçirmişəm. Təbii ki, milli komandanın ən yaxşı futbolçusu seçilmək mənim üçün əvəzolunmaz bir nailiyyət olar. O anı da gözləyəcəm. İstərdim ki, bu ada da layiq görülüm.
- “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bildirib ki, Azərbaycanda ilin ən yaxşı futbolçusu ya Qara, ya da Bədavi Hüseynov olmalıdır. Bəs, sən kimlərin adını çəkə bilərsən?
- Bədavi də həqiqətən həm millidə, həm də “Qarabağ”da yaxşı mövsüm keçirdi. Onun namizəd göstərilməsi də mənim üçün xoşdur. Belə bir ada komanda yoldaşımın namizəd olması sevindirci haldır. Hər halda həm özümün, həm də Bədavinin seçilməsini çox istərdim. Milli komandamızda çıxış edən hər bir futbolçu dostumdur. Əsas odur ki, ədalətli seçim olsun.
-Başa çatmaqda olan 2014-cü il “Qarabağ” üçün əlamətdar oldu. Komandanın builki nəticələrini sən necə qiymətləndirirsən?
- Çalışdıq ki, ötən illərdəkindən daha yaxşı çıxış edək. Məncə, yaxşı il oldu. Ancaq daha yaxşısını əldə etməli idik. İstədiklərimizi tam həyata keçirə bilmdədik. Düzdür, bu il Azərbaycan futbolçu üçün xeyli işlər gördük. Ancaq bu, bizi arxayınlaşdırmamlıdır.İtaliya “İnter”i ilə oyunda hakimin bizə qarşı etdiyi ədalətsizlikdən danışmaq istəməzdim. Çünki əvvəlki oyunlarda daha yaxşı nəticə qazanıb qrupdan çıxmağımız təmin etməlidi idik. Xüsusilə “Dnepr”lə ev oyunumuzda yaxşı nəticə qazanmağa borclu idik. Ümumilikdə ili “Qarabağ” üçün yaxşı qiymətləndirmək olar. Ən sevindiyim məqam odur ki, 2014-cü ili zədəsiz başa vurdum. Özümə və futbolçu dostlarıma da arzu edirəm ki, gələn ili zədəsiz başa vuraq. Çalışacağıq ki, gələn il bu vaxt bizdən müsahibə alanda deyək ki, bu il bizim üçün daha yaxşı oldu.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord